Putinin xüsusi nümayəndəsindən Trampla bağlı gözlənilməz açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Donald Tramp Administrasiyası Üçüncü Dünya müharibəsinin qarşısını alıb.
Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.
“Biz yaxşı müzakirələr aparırıq. Diplomatlarımız da mümkün nəticələri müzakirə edirlər. Amma heç bir şübhə yoxdur ki, Prezident D.Trampın komandası təkcə Üçüncü Dünya müharibəsinin qarşısını almayıb, həm də Ukraynadakı vəziyyətin nizamlanması sahəsində əhəmiyyətli irəliləyiş əldə edib”, − deyə K.Dmitriyev bildirib.
Deyib ki, Donald Tramp Administrasiyası Rusiyanın mövqeyini eşidir və onun narahatlıqlarını anlayır.
“D.Tramp Administrasiyası və onun əsas nümayəndələri Rusiya-ABŞ münasibətləri çərçivəsində bütün məsələlərin həllinə yönəliblər. Onlar geosiyasi məsələlərin həllinə də ciddi yanaşırlar və Rusiyanın bu mövzulardakı mövqeyini eşidirlər”, − deyə Kirill Dmitriyev vurğulayıb.
#Rusiya teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI
- Sankt-Peterburqda kilsə fasadı nəhəng ekrana çevrilib
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
