Putinlə bağlı səs-küy yaradan iddia | Zelenski canlı yayımda sərt danışdı - Baku TV
“Vladimir Putinin Valdaydakı iqamətgahına zərbələrlə bağlı iddiası feykdir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin onlayn formatda suallarını cavablandırarkən deyib.
Ukrayna lideri bildirib ki, heç kim oranı vurmayıb. Onun fikrincə, bu, Rusiya tərəfinin danışıqları pozmaq cəhdi ilə bağlıdır.
“Bu, daha çox bir ay ərzində komandalarımızın uğurlu danışıqları və müsbət görüşü ilə bağlıdır. Moskva narahatdır. Bu işlərimizin finalı olaraq Prezident Trampla görüşümüz oldu”, – deyə o bildirib.
Zelenski vurğulayıb ki, ABŞ Prezidentindən sonra Avropa ölkələrinin liderləri ilə görüşəcək.
“Sonra hamımız bir araya gələcəyik ki, müharibənin bitməsi ilə bağlı irəliyə doğru addımlar ataq. Biz istəyirik ki, yanvarda bir çox müxtəlif addımlar atılsın”, – deyə Zelenski qeyd edib.
#Vladimir Putin teqi istifadə olunub
- ABŞ-nin NATO-dakı nümayəndəsi Putinin iqamətgahına hücum iddiasını şübhə altına alıb
- "Bu, Rusiyanın daha bir yalanıdır" | Zelenskidən önəmli açıqlamalar - Baku TV
- Putinə qarşı çıxdılar: “Nikah yaşını endirmək lazım deyil”
- Rusiya və Ukrayna bir-birini günahlandırdı
- Tramp-Putin gizli xətti ilə Ukrayna sülhü Kreml üzərindən qurulur? - AKTUAL GÜNDƏM
