Pleyeri seçin:

2026-cı il İran üçün çətin keçəcək | Sərt qarşıdurmalar, yoxsa...? - Baku TV

31 dekabr 2025 497 baxış

İranda sosial narazılıq yeni mərhələyə keçib. Milli valyuta rialın kəskin ucuzlaşması, ABŞ dollarının sürətlə bahalaşması və enerji böhranı fonunda başlayan etirazlar artıq təkcə iqtisadi tələblərlə məhdudlaşmır. Tehranda məktəblərin, universitetlərin, bankların və dövlət qurumlarının bağlanması rəsmi səbəb kimi “enerji təminatının qorunması” ilə izah edilsə də, paralel olaraq bazarların bağlanması və ticarətin dayanması etirazların miqyasının daha geniş olduğunu göstərir.

Xüsusilə dekabrın 29-dan sonra aksiyalar ölkə üzrə yayılıb. Etirazçılar yalnız qiymət artımına yox, bütövlükdə idarəetmə sisteminə qarşı şüarlar səsləndirirlər. Bu proses artıq İran hakimiyyəti üçün təkcə sosial yox, siyasi riskə çevrilib.

Daxildə vəziyyət gərginləşdiyi bir vaxtda İranın xarici siyasi cəbhəsində də hərarət yüksəlir. ABŞ ilə münasibətlər yenidən açıq qarşıdurma ritorikasına daxil olub. Vaşinqtondan gələn açıqlamalar, xüsusilə İranın nüvə obyektləri və potensial imkanları ilə bağlı sərt mesajları Tehranı cavabsız qoymayıb. İranın ali rəhbərliyinə yaxın çevrələr “istənilən təcavüzə dərhal və sərt cavab veriləcəyini” bəyan edib.

Bu gərginlik təkcə ABŞ–İran xətti ilə məhdudlaşmır. İsrail faktoru prosesin ən həssas nöqtəsidir. Təl-Əviv İranın nüvə proqramını milli təhlükəsizlik üçün birbaşa təhdid hesab edir və ABŞ ilə bu mövzuda koordinasiyanı artırır. Ekspertlərə görə, İran daxilindəki etirazlar nə qədər dərinləşərsə, xarici təzyiq alətləri bir o qədər aktivləşə bilər. Bu isə Tehran üçün ikicəbhəli – həm daxili, həm də beynəlxalq böhran deməkdir.

Mövcud mənzərə göstərir ki, İranda yaşananlar lokal etiraz dalğası deyil. Bu proses iqtisadi çöküş, siyasi legitimlik problemi və regional qarşıdurmaların kəsişməsində formalaşan çoxşaxəli böhrandır.

ABŞ–İran münasibətlərində artan gərginlik, İsrailin təhlükəsizlik narahatlıqları və İran cəmiyyətində dərinləşən sosial narazılıq regionu yeni və proqnozlaşdırılması çətin mərhələyə aparır. Hadisələrin inkişafı göstərir ki, İran üçün qarşıdakı dövr ya daxili islahatların, ya da daha sərt qarşıdurmaların başlanğıcı ola bilər.

Kopyalandı
İranın hərbi gəmisinə hücum | Ölənlər var - Baku TV

İranın hərbi gəmisinə hücum | Ölənlər var - Baku TV

Dünya
04 mart 2026 497 baxış
Tehranın məqsədi Trampı geri çəkilməyə məcbur etməkdir? - Baku TV

Tehranın məqsədi Trampı geri çəkilməyə məcbur etməkdir? - Baku TV

Dünya
04 mart 2026 497 baxış
London İrana qarşı hərbi əməliyyatlarda iştirak edir?

London İrana qarşı hərbi əməliyyatlarda iştirak edir?

Dünya
04 mart 2026 497 baxış
İsrail və ABŞ İranda kürdləri necə hərəkətə gətirir? - Baku TV

İsrail və ABŞ İranda kürdləri necə hərəkətə gətirir? - Baku TV

Dünya
04 mart 2026 497 baxış
İspaniya ilə heç bir əlaqəmizin olmasını istəmirik | Donald Tramp - Baku TV

İspaniya ilə heç bir əlaqəmizin olmasını istəmirik | Donald Tramp - Baku TV

Dünya
04 mart 2026 497 baxış
Tehranda təxribat törətmək istəyən dəstə zərərsizləşdirilib - ANA XƏBƏR

Tehranda təxribat törətmək istəyən dəstə zərərsizləşdirilib - ANA XƏBƏR

Dünya
04 mart 2026 497 baxış
Gizli detallar sızdırıldı | Xameneiyə qarşı necə oyun quruldu? - Hücumun bilinməyənləri - Baku TV

Gizli detallar sızdırıldı | Xameneiyə qarşı necə oyun quruldu? - Hücumun bilinməyənləri - Baku TV

Dünya
04 mart 2026 497 baxış
BƏƏ-nin Əl-Fuceyra bölgəsində vəziyyət kritik olaraq qalır

BƏƏ-nin Əl-Fuceyra bölgəsində vəziyyət kritik olaraq qalır

Dünya
04 mart 2026 497 baxış
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib - Baku TV CANLI

İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib - Baku TV CANLI

Dünya
04 mart 2026 497 baxış
İranla bağlı hadisələr Avropanı nələrlə üz-üzə qoydu?

İranla bağlı hadisələr Avropanı nələrlə üz-üzə qoydu?

Dünya
04 mart 2026 497 baxış
Seçilmişlər
icon