Pleyeri seçin:

Qadınların kanalizasiya təmizlədiyi, kişilərin isə uşağa baxdığı şəhər | ORALARDA NECƏDİR?

08 dekabr 2024 483 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 3 048 kilometr uzaqda yerləşən, sarayları, heyrətamiz tarixi hekayələri, təkrarolunmaz memarlıq abidələri ilə indi də Avropanın ən gözəl şəhərlərindən olan Stokholmdan bəhs olunub.

İsveç Krallığının paytaxtı olan bu şəhərin sakinlərinin fərqli həyat tərzi, adəti, yeməkləri var.

Rahatlıqla demək olar ki, Stokholm əhalisi nümunəvi vətəndaşdırlar. Burada qadınların və kişilərin eyni hüquqa malik olması digər ölkələrlə müqayisədə yüksək həddədir.

Həyat yoldaşı dünyaya övlad gətirən zaman kişilərin də bu prosesdə iştirak etmələri Stokholm üçün normal haldır. Amma kişilər yalnız bu prosesdə deyil, bütün hallarda qadınlarına kömək edirlər. Uşağı havada gəzdirmək, onu geyindirmək, ağladığı zaman sakitləşdirmək kimi işləri onlar da sərbəst görməyi bacarırlar.

Stokholm küçələrində uşaq arabaları ilə övlad gəzdirən kişiləri görmək normaldır. Bundan əlavə, ev işlərində də xanımlarına kömək edir, onları tək buraxmırlar.

Uşaq dünyaya gələndə kişilər də 3 aylıq atalıq məzuniyyətinə çıxırlar. Elə bu səbəbdən qadınlar işlərinə rahat qayıda bilirlər, fikirləri uşaqda qalmır. Atalar elə ilk gündən övladlarının tərbiyəsində yaxından iştirak edirlər. “Uşağa baxmaq qadın işidir” deyib hər işi xanımların üstünə atmırlar.

Bu ölkədə maraqlı məqamlardan biri də odur ki, “bu sırf kişi peşəsidir, bu isə qadın işidir” deyə ayrı-seçkilik yoxdur. Kişilərlə eyni hüquqa malik olmalarına görə uzun müddət mübarizə aparan qadınlar arasında kanalizasiya təmizləyən də görə bilərsiniz, inşaatçı da. Əgər hansısa qadını və ya kişini məhz cinsi ayrı-seçkiliyə görə işə qəbul etməzlərsə, buna görə qanun qarşısında cavab verməli olurlar.

Maraqlı məqamlardan biri də odur ki, yaşın neçə olursa olsun, sevgiyə xor baxmırlar. Qadınlar təqaüd yaşında olsalar belə, həyatlarını tənha keçirmək əvəzinə özlərinə dost, sevgili tapıb daha maraqlı yaşayırlar.

7000-dən çox insanın yoluxduğu virus minlərlə can aldı | Afrikada vəziyyət kritikdir - Baku TV CANLI

7000-dən çox insanın yoluxduğu virus minlərlə can aldı | Afrikada vəziyyət kritikdir - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 483 baxış
Araquaya çayının dayazlaşması ekosistem və su nəqliyyatı üçün yeni risklər yaradır

Araquaya çayının dayazlaşması ekosistem və su nəqliyyatı üçün yeni risklər yaradır

Dünya
18 sentyabr 2026 483 baxış
Alimlər Merkurinin zamanla soyuduqca büzüldüyünü və ölçüsünün azaldığını bildirirlər

Alimlər Merkurinin zamanla soyuduqca büzüldüyünü və ölçüsünün azaldığını bildirirlər

Dünya
18 sentyabr 2026 483 baxış
Alimlər yaşlanmış hüceyrələrin fəaliyyətini yenidən aktivləşdirməyin yollarını araşdırırlar

Alimlər yaşlanmış hüceyrələrin fəaliyyətini yenidən aktivləşdirməyin yollarını araşdırırlar

Dünya
18 sentyabr 2026 483 baxış
2024-cü ildə baş verən kosmik toqquşmanın Ay səthində yaratdığı 222 metrlik çuxur müəyyən edilib

2024-cü ildə baş verən kosmik toqquşmanın Ay səthində yaratdığı 222 metrlik çuxur müəyyən edilib

Dünya
18 sentyabr 2026 483 baxış
ABŞ-yə buraxılmayan Mahmud Abbas BMT tribunasına necə çıxacaq? - Baku TV

ABŞ-yə buraxılmayan Mahmud Abbas BMT tribunasına necə çıxacaq? - Baku TV

Dünya
18 sentyabr 2026 483 baxış
Trampdan İranla müharibə barədə kritik mesaj - Baku TV CANLI

Trampdan İranla müharibə barədə kritik mesaj - Baku TV CANLI

Dünya
18 sentyabr 2026 483 baxış
Dolların faizi yüksəldi, Tramp məyus oldu | "Ona görə risklidir ki..." - Baku TV

Dolların faizi yüksəldi, Tramp məyus oldu | "Ona görə risklidir ki..." - Baku TV

Dünya
18 sentyabr 2026 483 baxış
Andrey Sibiqa nələrdən danışdı | Sülh baş tutacaq? - Baku TV CANLI

Andrey Sibiqa nələrdən danışdı | Sülh baş tutacaq? - Baku TV CANLI

Dünya
17 sentyabr 2026 483 baxış
Yaxın Şərqdə yeni müharibə başlayır? | Ər-Riyad hücumlara nə cavab verəcək? - ANA XƏBƏR

Yaxın Şərqdə yeni müharibə başlayır? | Ər-Riyad hücumlara nə cavab verəcək? - ANA XƏBƏR

Dünya
17 sentyabr 2026 483 baxış
Seçilmişlər
icon