Pleyeri seçin:

Qərbi Afrika geosiyasi qarşıdurma meydanına çevrilir | Hərbi nüfuz üzrə rəqabət gücləndi

07 avqust 2025 718 baxış

Rusiya və ABŞ Qərbi Afrikada siyasi və hərbi nüfuz uğrunda rəqabəti gücləndirir.

"Newsweek” nəşrinin yazdığına görə, Rusiya Sahel Dövlətləri Alyansı – Mali, Niger və Burkina-Faso ilə tərəfdaşlığını gücləndirib, indi isə dənizə çıxışı olmayan bu müttəfiqlərinə dəstək məqsədilə Toqo sahilində yerləşən Atlantik limanına çıxış əldə etmək istəyir.

Toqonun həm Rusiya, həm də ABŞ ilə əməkdaşlıq etmək istəməsi Moskvanın bu ölkədə nüfuzunu artırmaq cəhdlərini daha təhlükəli edir.

ABŞ Dövlət Departamentindən bildirilib ki, Rusiyanın məsuliyyətsiz və istismarçı fəaliyyəti mülki əhalinin əziyyət çəkməsinə, yerli narazılıqların artmasına və terrorçuların daha asan cəlb edilməsinə səbəb olur. Rəsmi Vaşinqton bütün ölkələri Rusiyanın müdafiə sektoru ilə əməkdaşlıqdan çəkinməyə çağırıb.

Analitik Liam Karrın sözlərinə görə, əgər Ukraynada sülh əldə olunarsa, Kreml yüzminlərlə hərbçini evə qaytarmaq məcburiyyətində qalacaq ki, bu da çətin qərardır. Ən asan variant həmin qüvvələri Afrikada yerləşdirmək olacaq. Bu isə Rusiyaya qitədə daha çox təsir gücü verəcək.

Liam Karrın fikrincə, ABŞ qanunvericiliyi demokratiya və insan haqları sahəsində pis göstəriciləri olan Sahel ölkələrinə hərbi yardımın məhdudlaşdırılmasını tələb edir. Bu isə Rusiya üçün əlavə manevr imkanları yaradır.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 718 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 718 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 718 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 718 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 718 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 718 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 718 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 718 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 718 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 718 baxış
Seçilmişlər
icon