Pleyeri seçin:

Qəribə olan təkcə görünüşü deyil | Antarktidadakı donmayan “qanlı şəlalə”nin sirri açıldı?

06 fevral 2025 321 baxış

Antarktidanın dərinliklərində alimləri və tədqiqatçıları illərdir təəccübləndirən unikal bir təbiət möcüzəsi yerləşir.

Söhbət “Qan şəlaləsi”ndən gedir. Teylor buzlağından Bonni gölünə axan bu qırmızı rəngli axın buzla örtülmüş mənzərəyə zidd bir görünüş yaradaraq qitənin ən maraqlı landşaftlarından birini formalaşdırır.

Alimlər illərlə “Qan şəlaləsi”nin qırmızı rəng almasının səbəbini anlamağa çalışıblar. Əvvəlcə bu rəngin qırmızı yosunlardan qaynaqlandığı düşünülürdü.

Lakin daha sonrakı tədqiqatlar bu nəzəriyyəni təkzib edib. Son elmi araşdırmalar göstərir ki, şəlalənin qırmızı rəngi hava ilə təmasda oksidləşən dəmir tərkibli sudan qaynaqlanır.

“Qan şəlaləsi”ni daha da qeyri-adi edən məqamlardan biri Antarktidadakı sərt iqlimə baxmayaraq, suyun maye halında qala bilməsidir. Şəlalənin suyu dəniz suyundan iki dəfə daha duzludur. Bu yüksək duzluluq suyun donma temperaturunu aşağı salaraq sıfırın altındakı dərəcələrdə belə maye halında qalmasına imkan yaradır.

“Qan şəlaləsi” yalnız qeyri-adi görünüşü ilə deyil, həm də ekstremal şəraitdə yaşaya bilən mikroorqanizmlərə ev sahibliyi etməsi ilə maraq doğurur.

Bu araşdırmalar yalnız “Qan şəlaləsi”nin sirrini açmağa deyil, həm də astrobiologiya və digər planetlərdə həyat ehtimalı haqqında daha çox məlumat əldə etməyə imkan yaradır. 

Kopyalandı
Starmer Mendelsonu vəzifəyə təyin etdiyinə görə peşmandır

Starmer Mendelsonu vəzifəyə təyin etdiyinə görə peşmandır

Dünya
05 fevral 2026 321 baxış
Donald Tramp Çin-ABŞ münasibətlərini yaxşı vəziyyətdə saxlamağa çalışır

Donald Tramp Çin-ABŞ münasibətlərini yaxşı vəziyyətdə saxlamağa çalışır

Dünya
05 fevral 2026 321 baxış
Ukrayna Polşa ilə birgə silah istehsalına başlayır

Ukrayna Polşa ilə birgə silah istehsalına başlayır

Dünya
05 fevral 2026 321 baxış
Avropada yeni müharibə başlayır? | NATO-nun şərqi təhlükə altında - ANA XƏBƏR

Avropada yeni müharibə başlayır? | NATO-nun şərqi təhlükə altında - ANA XƏBƏR

Dünya
05 fevral 2026 321 baxış
Tramp gizli silahından danışdı: Adını mən qoymuşam, rus raketləri heç nə edə bilmədi

Tramp gizli silahından danışdı: Adını mən qoymuşam, rus raketləri heç nə edə bilmədi

Dünya
05 fevral 2026 321 baxış
Melaniya Tramp ukraynalı uşaqların Rusiyadan geri qaytarılmasından danışıb

Melaniya Tramp ukraynalı uşaqların Rusiyadan geri qaytarılmasından danışıb

Dünya
05 fevral 2026 321 baxış
Rusiya NATO və Aİ-yə üzv ölkələrə hücum etməyi planlayır?

Rusiya NATO və Aİ-yə üzv ölkələrə hücum etməyi planlayır?

Dünya
05 fevral 2026 321 baxış
Rusiya və Ermənistan rəsmilərinin Moskvadakı görüşündə maraqlı anlar - Baku TV CANLI

Rusiya və Ermənistan rəsmilərinin Moskvadakı görüşündə maraqlı anlar - Baku TV CANLI

Dünya
05 fevral 2026 321 baxış
Kral ailəsinin personalı eks-prins Endryuya xidmət göstərməkdən imtina edib

Kral ailəsinin personalı eks-prins Endryuya xidmət göstərməkdən imtina edib

Dünya
05 fevral 2026 321 baxış
ABŞ Venesuela Prezidentini necə ələ keçirdi? - Baku TV

ABŞ Venesuela Prezidentini necə ələ keçirdi? - Baku TV

Dünya
05 fevral 2026 321 baxış
Seçilmişlər
icon