Qəzza zolağında aşkarlanan tuneldə nələr var?
İsrail Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Qəzza zolağının cənub hissəsində tunel aşkar ediblər.
Məlumatı Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.
"Bu, Qəzza zolağında aşkar edilmiş ən uzun və mürəkkəb tunellərdən biridir. Onun uzunluğu 7 km-dən çoxdur və 25 metr dərinlikdə yerləşir. Tunelin daxilində təxminən 80 bunker, o cümlədən HƏMAS-ın yüksəksəviyyəli rəhbərliyi tərəfindən silahların saxlanılması, uzunmüddətli qalma və İsrail Müdafiə Qüvvələrinin hərbçilərinə qarşı terror hücumlarının planlaşdırılması üçün istifadə olunan komanda məntəqələri qurulub", – deyə bəyanatda bildirilib.
İsrail hərbçilərinin məlumatına görə, bu tuneldən istifadə edən yüksəkrütbəli HƏMAS rəhbərlərindən biri "Rəfah" briqadasının komandiri Məhəmməd Şaban olub.
Mətbuat xidməti qeyd edib ki, tunel "Filadelfiya dəhlizinin yaxınlığında", Misir sərhədi ilə yanaşı, əhalinin "sıx məskunlaşdığı ərazidə" qazılıb.
#İsrail teqi istifadə olunub
- Müctəba Xamenei dövləti necə idarə edəcək? - İranı, qonşu ölkələri və ABŞ-ni nə gözləyir? - Baku TV
- İsrail Beyrutun mərkəzinə zərbələr endirdi
- İran sürpriz qutusunu açdı: Hörmüz minalandı, proksi qüvvələr İsraillə kütləvi zərbə endirdi
- Təl-Əvivin cənubunda rabitə mərkəzi məhv edilib
- İsraildə həlak olan azərbaycanlının valideynləri "Baku TV"yə danışdılar - Baku TV
