Qlobal iqtisadiyyatda çəkimizi itirmişik | Cozef Borel
“Avropa artıq çoxdan dünyanın mərkəzi deyil, onun hazırkı vəziyyəti kövrəkdir”.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel deyib.
“Avropalılar dünyanın mərkəzi olduqlarını düşünməyə davam edə bilməzlər, çünki bu belə deyil, biz artıq çoxdan mərkəz deyilik. Biz dünya əhalisinin 5%-ni təşkil edirik, qlobal iqtisadiyyatda çəkimizi itirmişik. Qabaqcıl sahələrdə əhəmiyyətli texnoloji geriliyimiz, çox aşağı doğum səviyyəmiz, çox zəif müdafiəmiz var”, – deyə diplomat əlavə edib.
Onun fikrincə, Ukraynada münaqişə Avropa İttifaqı üçün oyanış siqnalı olub. “Amma söhbət təkcə oyanmaqdan deyil, həm də qalxıb işə başlamaqdan gedir, çünki zəmanə çətindir və Avropanın vəziyyəti kövrəkdir”, – deyə C.Borrel bildirib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
