Pleyeri seçin:

"Crocus City Hall" işi üzrə məhkumlar koloniyalara paylanıb - Baku TV

06 iyun 2026 345 baxış

“Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə bağlı işdə ömürlük həbs cəzasına məhkum edilənlərin hamısı müxtəlif regionlardakı koloniyalara paylanıb.

Bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, əksər iştirakçılar müxtəlif regionlardakı koloniyalara göndəriliblər, Moskva istintaq təcridxanalarında isə hələlik ömürlük həbs cəzası almamış məhkumlar qalıblar.

Qeyd edək ki, 2024-cü ilin martında Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında 4 nəfər odlu silahla ziyarətçiləri güllələyərək terror aktı törədib və zalı yandırıb. Baş Prokurorluğun məlumatlarına görə, təqribən 150 nəfər həlak olub, 336 nəfər xəsarət alıb. Terror aktından sonra cinayətkarlar Ukraynaya qaçmağa cəhd etsələr də, Bryansk vilayətində saxlanılaraq Moskvaya gətiriliblər.

Konsert zalına hücumun daha 15 iştirakçısı sonradan müəyyən olunub. Martın 12-də məhkəmə iş üzrə hökm elan edib. Terror aktının icraçıları və onların 11 köməkçisi ömürlük azadlıqdan məhrumetmə cəzasına, daha 4 köməkçi isə 19 il 11 aydan 22 il yarımadək koloniya cəzasına məhkum ediliblər. Hazırda zərərçəkənlərin və məhkumların vəkilləri hökmdən apellyasiya qaydasında şikayət ediblər.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 345 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 345 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 345 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 345 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 345 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 345 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 345 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 345 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 345 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 345 baxış
Seçilmişlər
icon