Pleyeri seçin:

"Ermənilərin müdafiəsi Fransanın mütləq məqsədidir" deyən Makronun planı nədir?

02 oktyabr 2023 291 baxış

Fransanın müdafiə naziri Sebastyan Lekornu ölkəsinin hərbi müdaxilə yolu ilə Ermənistanın ərazi bütövlüyünü qoruya biləcəyinə inanmadığını bildirib. Eyni zamanda S.Lekornu Parisin İrəvanın müdafiə ehtiyaclarını araşdırdığını söyləyib.

Xarici agentliklər xəbər verir ki, bu barədə o, “Franceinfo” portalına müsahibəsində danışıb.

“Prezident Fransa və Ermənistanı sevən fransızlar üçün vacib olan bu məsələni şəxsən izləyir. Prezident Emmanuel Makron Ermənistanın ərazi bütövlüyü, suverenliyi və erməni xalqının müdafiəsinin Fransanın mütləq məqsədi olduğunu artıq bəyan edib”, – deyə S.Lekornu qeyd edib.

Fransa müdafiə naziri erməni həmkarı ilə çoxlu görüşlər keçirdiyini xatırladıb.

“Biz Ermənistanda indiyədək mövcud olmayan və yerli hakimiyyətlə gündəlik dialoqa imkan verən müdafiə missiyası açmışıq. Bu, xüsusilə lazım gələrsə, onların müdafiə və təhlükəsizlik ehtiyaclarının öyrənilməsi üçün lazımdır”, – deyə Fransa rəsmisi bildirib.

S.Lekornu Fransanın bölgədə hərbi müdaxiləyə əl ata biləcəyi versiyası barədə suala belə cavab verib: “Fransa hərbi müdaxilə edə bilərmi? Mən belə düşünmürəm. Aydındır ki, bu suala prezident və silahlı qüvvələrin rəhbəri cavab verməlidir. Lakin biz Ermənistanın özünü müdafiə etməsi ilə bağlı İrəvandan gələn tələbləri nəzərə alırıq”.

Seutadakı miqrant böhranı Avropada təhlükəsizlik narahatlığını yenidən artırdı - Baku TV CANLI

Seutadakı miqrant böhranı Avropada təhlükəsizlik narahatlığını yenidən artırdı - Baku TV CANLI

Dünya
01 avqust 2026 291 baxış
Avropa Komandanlığı Pentaqonu əlavə hərbi qüvvələr ayırmağa çağırdı - Baku TV CANLI

Avropa Komandanlığı Pentaqonu əlavə hərbi qüvvələr ayırmağa çağırdı - Baku TV CANLI

Dünya
01 avqust 2026 291 baxış
Rusiyanın zərbələri diplomatik obyektə çatdı | Moskvanın nümayəndəsi XİN-ə çağırılır - ANA XƏBƏR

Rusiyanın zərbələri diplomatik obyektə çatdı | Moskvanın nümayəndəsi XİN-ə çağırılır - ANA XƏBƏR

Dünya
01 avqust 2026 291 baxış
Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb

Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb

Dünya
01 avqust 2026 291 baxış
Toz, səs-küy və xəstəlik: Karxanaların yaratdığı böyük təhlükə - AKTUAL GÜNDƏM

Toz, səs-küy və xəstəlik: Karxanaların yaratdığı böyük təhlükə - AKTUAL GÜNDƏM

Dünya
01 avqust 2026 291 baxış
İsrail qırıcılarının hücumu Qəzzada tibb infrastrukturuna ağır zərbə vurdu - Baku TV CANLI

İsrail qırıcılarının hücumu Qəzzada tibb infrastrukturuna ağır zərbə vurdu - Baku TV CANLI

Dünya
01 avqust 2026 291 baxış
Hörmüz boğazında tanker insidenti qlobal enerji bazarlarını yenidən silkələdi - Baku TV CANLI

Hörmüz boğazında tanker insidenti qlobal enerji bazarlarını yenidən silkələdi - Baku TV CANLI

Dünya
01 avqust 2026 291 baxış
Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI

Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI

Dünya
01 avqust 2026 291 baxış
Cəmiyyətlərin birləşməsi prosesi sürətləndirən başlıca amil olub

Cəmiyyətlərin birləşməsi prosesi sürətləndirən başlıca amil olub

Dünya
01 avqust 2026 291 baxış
BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir

BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir

Dünya
01 avqust 2026 291 baxış
Seçilmişlər
icon