Pleyeri seçin:

"Hörmüz boğazının blokadada saxlanılması atəşkəsin pozulmasıdır" | İrandan sərt çıxış - Baku TV

24 aprel 2026 281 baxış

"ABŞ tərəfindən Hörmüz boğazının blokadasının davam etdirilməsi atəşkəs rejiminin pozulmasıdır və beynəlxalq hüququn əsas normalarına ziddir".

Bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Çin televiziyasına müsahibəsində deyib.

O əlavə edib ki, istənilən diplomatik prosesdə minimal səviyyədə xoşməramlı mühitin yaradılması və dialoq zamanı niyyətlərin ciddiliyinin nümayiş etdirilməsi əsas prinsipdir.

"Lakin ABŞ ilə bağlı vəziyyətdə biz lap əvvəldən ziddiyyətli davranış və öhdəliklərin pozulması ilə qarşılaşmışıq. Dəniz yollarına məhdudiyyət və ya təzyiq kimi bəzi hərəkətlərin davam etdirilməsi, beynəlxalq hüquqda düşmənçilik hərəkətləri və hətta təcavüz aktı kimi qiymətləndirilə bilər", – deyə o vurğulayıb.

Nazirliyin rəsmisinin sözlərinə görə, atəşkəs dövründə minimal öhdəliklərə əməl olunmadıqda daha geniş sazişin yerinə yetirilməsinə olan etimad da ciddi şəkildə sarsılır.

"Ticarət gəmilərinə hücumlar nəinki beynəlxalq hüququn əsas normalarını pozur, həm də bütövlükdə atəşkəs prosesində qarşı tərəfin niyyətlərinə olan inamsızlığı artırır", – deyə İ.Bəqai əlavə edib.

ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

Dünya
10 avqust 2026 281 baxış
İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

Dünya
10 avqust 2026 281 baxış
Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
10 avqust 2026 281 baxış
“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

Dünya
10 avqust 2026 281 baxış
Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Dünya
10 avqust 2026 281 baxış
Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Dünya
10 avqust 2026 281 baxış
Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Dünya
10 avqust 2026 281 baxış
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib

İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib

Dünya
10 avqust 2026 281 baxış
Teylor Sviftin mahnıları Ağ Ev və Trampın paylaşımlarından silinib

Teylor Sviftin mahnıları Ağ Ev və Trampın paylaşımlarından silinib

Dünya
10 avqust 2026 281 baxış
Rusiyada kirpilərə həsr olunan festival keçirilib

Rusiyada kirpilərə həsr olunan festival keçirilib

Dünya
10 avqust 2026 281 baxış
Seçilmişlər
icon