Pleyeri seçin:
İran danışıqlar masasından imtina etdi | Henqam adası hədəf alındı
İran hazırda ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır və ölkə ərazisinin müdafiəsinə hədəflənib.
Bu barədə jurnalistlərə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Hazırda danışıqların aparılması ilə bağlı planlarımız yoxdur, biz ölkənin müdafiəsinə hədəflənmişik", – deyə Bəqai deyib.
Onun sözlərinə görə, ABŞ öz öhdəliklərini pozarsa, İran heç bir razılaşmaya əməl etməyəcək.
"Bu, sadiq qalmaqda davam edəcəyimiz bir prinsipdir", – deyə o bildirib.
Bəqai qeyd edib ki, Tehran ABŞ-nin elə əvvəldən atəşkəs rejiminə riayət etmədiyini hesab edir.
Kopyalandı
