Pleyeri seçin:

Kiyev sammitində Rusiyanın Ukraynaya hücumları pislənildi

16 iyul 2026 29 baxış

Kiyevdə keçirilən 5-ci "Ukrayna – Cənub-Şərqi Avropa" sammitinin iştirakçıları Ukraynaya dəstəyi təsdiqləyib və Rusiyanın hərəkətlərini pisləyərək Moskvanı müharibəni dərhal dayandırmağa çağırıblar.

Bu barədə sammitin yekun bəyannaməsində qeyd olunub.

"Biz Rusiyanın Kiyev və Ukraynanın digər bölgələrinə qarşı intensivləşən müntəzəm kütləvi hücumlarını qətiyyətlə pisləyirik. Bu hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır", – deyə sənəddə bildirilib.

Sammit iştirakçıları Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin prioritet olduğunu vurğulayıblar. Bunun üçün müvafiq hava hücumundan müdafiə sistemləri və ballistik raketlərin qarşısını almaq üçün istifadə olunan raketlərin tədarükünün artırılmasının vacibliyini qeyd ediblər.

Bəyannamədə həmçinin deportasiya edilmiş və məcburi köçürülmüş Ukrayna vətəndaşlarının, o cümlədən uşaqların geri qaytarılmasına, qanunsuz saxlanılan mülki şəxslərin və hərbi əsirlərin azad edilməsinə, eləcə də Ukraynaya qarşı törədilmiş cinayətlərə görə məsul şəxslərin məsuliyyətə cəlb olunmasına çağırış yer alıb.

Bundan əlavə, sənədi imzalayan tərəflər Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsini və təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsini dəstəkləyiblər.

Sənəddə həmçinin Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük prosesi çərçivəsində danışıqların yeni mərhələlərinin açılmasına, eləcə də Ukraynanın NATO-ya üzvlüyünə dəstək ifadə olunub.

Sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, Albaniya, Yunanıstan, Moldova, Rumıniya, Xorvatiya, Sloveniya, Şimali Makedoniya, Monteneqro və Bolqarıstanın liderləri iştirak ediblər.

Görüş Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə keçirilib. Növbəti "Ukrayna – Cənub-Şərqi Avropa" sammitinin 2027-ci ildə Sloveniyada keçirilməsi planlaşdırılır. 

Putin-Zelenski görüşü üçün hazırlıq: Türkiyənin sülh planı işə düşür? - Baku TV CANLI

Putin-Zelenski görüşü üçün hazırlıq: Türkiyənin sülh planı işə düşür? - Baku TV CANLI

Dünya
16 iyul 2026 29 baxış
10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərin məhkəməsində nələr yaşandı? - Baku TV

10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərin məhkəməsində nələr yaşandı? - Baku TV

Dünya
16 iyul 2026 29 baxış
NASA teleskopları bununla bağlı illərdir məlumat toplayırdı

NASA teleskopları bununla bağlı illərdir məlumat toplayırdı

Dünya
16 iyul 2026 29 baxış
İran danışıqlar masasından imtina etdi | Henqam adası hədəf alındı

İran danışıqlar masasından imtina etdi | Henqam adası hədəf alındı

Dünya
16 iyul 2026 29 baxış
İsrail və Livan hansı məsələdə razılığa gəlib?

İsrail və Livan hansı məsələdə razılığa gəlib?

Dünya
16 iyul 2026 29 baxış
Uşaqlar son anda xilas edildi | Daşqının miqyası rusları şoka saldı - Baku TV CANLI

Uşaqlar son anda xilas edildi | Daşqının miqyası rusları şoka saldı - Baku TV CANLI

Dünya
16 iyul 2026 29 baxış
Neyrodegenerativ xəstəliklərə nə səbəb olur?

Neyrodegenerativ xəstəliklərə nə səbəb olur?

Dünya
16 iyul 2026 29 baxış
Yerin dərin qatlarında müşahidə edilib

Yerin dərin qatlarında müşahidə edilib

Dünya
16 iyul 2026 29 baxış
İnsanlar əvvəlkindən daha uzun yaşayırlar?

İnsanlar əvvəlkindən daha uzun yaşayırlar?

Dünya
16 iyul 2026 29 baxış
İran-ABŞ qarşıdurması nəzarətdən çıxır: Bölgədə gərginlik pik həddə - Baku TV

İran-ABŞ qarşıdurması nəzarətdən çıxır: Bölgədə gərginlik pik həddə - Baku TV

Dünya
16 iyul 2026 29 baxış
Seçilmişlər
icon