ABŞ bölgəyə 19 hərbi gəmi göndərdi
İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər-Abbas və Hacıabad şəhərlərinə zərbələr endirlib. Nəticədə 3 nəfər həyatını itirib.
Bu barədə "Nour News" agentliyi əyalət administrasiyasına istinadən məlumat yayıb.
Vurğulanıb ki, hücumlar Bəndər-Abbasın qərb hissəsindəki və Hacıabad şəhərindəki yaşayış məntəqələrini hədəf alıb.
Bu arada ABŞ İranla artan gərginlik fonunda Yaxın Şərqə Hərbi Dəniz Qüvvələrinə məxsus ən azı 19 gəmi yerləşdirib.
Bu barədə "The Washington Post" ABŞ rəsmisinə istinadən məlumat yayıb. Bildirilib ki, bölgəyə 2 təyyarədaşıyan, 2 desant və 1 amfibiya hücum gəmisi, həmçinin 13 esmines və 1 kreyser göndərilib.
Onların əksəriyyəti Ərəbistan dənizinin şimal hissəsində yerləşir. Bu addım ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsizliyinin təmin ediləcəyini və boğazdan keçən yüklərə 20 faiz rüsum tətbiq olunacağını açıqlamasından sonra atılıb.
#ABŞ-İran münaqişəsi teqi istifadə olunub
