"Makron"u relsə uzandırdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada etirazçılar Prezident Emmanuel Makronun müqəvvasını dəmir yolu relsinin üstünə uzandıraraq şəhərətrafı qatarların hərəkətini dayandırıblar.
Məlumata görə, həftə sonu ölkə küçələrində hakimiyyətə qarşı tənqidlər və yeni iğtişaş qorxuları artır. Hökumət bu günə qədər ümummilli iğtişaşlara səbəb olan nümayişlərə nəzarəti ələ ala bilməyib. Kütləvi mitinqə səbəb ölkədə pensiya yaşının 64-ə qaldırılmasıdır. Fransada mübarizə aparan həmkarlar ittifaqının qarşıdan gələn günlərdə Makron hökumətinə daha çox təzyiq göstərib, daha çox etiraz aksiyası keçirəcəyi planlaşdırılır.
Qeyd olunub ki, bir həftədən çox davam edən mitinq səbəbindən hətta Britaniya kralı III Çarlzın Fransaya çoxdan gözlənilən səfəri ləğv edilib. E.Makron isə Brüsseldə Avropa Birliyi sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, zorakılığa heç bir halda güzəşt edilməyəcək.
#Fransa teqi istifadə olunub
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
- "Sarı jiletlilər"in yürüşü qadağan edildi
