"Ukrayna Rusiya müdafiəsini belə yarmağa çalışır" | Müharibədə kritik an başladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Ordusu Kursk və Belqorod vilayətlərində Rusiya müdafiəsini yarmağa çalışır”.
“Ura.ru” xəbər verir ki, bunu hərbi ekspert Vasili Dandikin deyib.
“Hazırda Rusiya qoşunları irəliləyir, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatları, sursat və silahlarla təminatı o qədər də yaxşı deyil. Ola bilsin ki, onlar zərbə qüvvəsi yaradırlar”, ‒ ekspert bildirib.
V.Dandikinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin 50 minlik əsgərdən ibarət ehtiyat qrup formalaşdırdığı və yeni hücum üçün hər şeydən istifadə etməyə çalışacağı barədə məlumatlar var.
Hərbi ekspert vurğulayıb ki, onlar 2024-cü ilin avqustunda Kursk vilayətinin işğalını təkrarlaya bilməyəcəklər, lakin “bəzi hücumlar olacaq”.
İyulun 17-də Xarkov vilayətinin rusiyapərəst administrasiyasının rəhbəri Vitali Qançev Kupyansk yaxınlığında aktiv döyüşlərin getdiyini bildirib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- “Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri
- Peskov Əbu-Dabidəki görüşlə bağlı detalları açıqlayıb
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
