Pleyeri seçin:

Razılaşma barədə şərtlər | Yaxın Şərqi nə gözləyir?

22 aprel 2024 485 baxış

“Paris Beyruta İsrail və Livan arasında gərginliyi azaltmaq üçün bir plan təklif edib”.

Belə bir başlıqla Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron Livanın Baş naziri Nəcib Mikati ilə Livan-İsrail sərhədində gərginliyi azalda biləcək planı müzakirə edib. Xəbərə görə, tərəflər artıq 2 prioritet məsələdə razılığa gəlib.

Razılaşmaya əsasən, “Hizbullah” qüvvələri sərhəd zonasından çıxarılmalıdır. İsrail də yalnız bundan sonra Livanın hava məkanında uçuşları dayandıracaq, hərbi əməliyyatlardan çəkinəcək.

Amma rəsmi Təl-Əvivin sözügedən razılaşmaya dair fikirləri bir az fərqlidir. İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə vurğulayıb ki, “Hizbullah”, HƏMAS və digər qruplaşmalarla danışıqlar deyil, mübarizə sona qədər davam etdiriləcək.

Hökumət rəhbərinin bu alovlu açıqlamasına qarşılıq İsrail mediası xatırladıb ki, B.Netanyahu, sən demə, bu tip xahişlə aylar öncə E.Makrona müraciət edib. Qeyd olunub ki, Fransa Prezidenti də İsrailin Baş nazirinin istəklərini nəzərə alaraq, ancaq təkliflər paketinə dəyişiklik edərək dolayı yolla hər iki tərəfin istəyinə uyğun paket hazırlayıb.

Xatırladaq ki, E.Makron ilə N.Mikatini görüşü Parisdə baş tutub. Söhbət zamanı Fransa Prezidenti bildirib ki, o, Livanın sabitliyi və Yaxın Şərqdə gərginliyin artmaması ilə bağlı fəaliyyətini davam etdirir.

Çexiyada işsizlik 4,4 faizə yüksəldi

Çexiyada işsizlik 4,4 faizə yüksəldi

Dünya
10 avqust 2026 485 baxış
Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılırlar

Vaxtından əvvəl azad edilənlər yenidən geri qaytarılırlar

Dünya
10 avqust 2026 485 baxış
Pezeşkian İranın Ali Rəhbərinin səhhətindən danışdı

Pezeşkian İranın Ali Rəhbərinin səhhətindən danışdı

Dünya
10 avqust 2026 485 baxış
ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV

Dünya
10 avqust 2026 485 baxış
İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI

Dünya
10 avqust 2026 485 baxış
Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Qara dənizdə yeni təhlükə: Türkiyə gəmilərə xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
10 avqust 2026 485 baxış
“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

“Məkkə sazişi” kimə qarşı yarandı? | Hansı bu ölkələr bu razılaşmaya qoşula bilər? - Baku TV

Dünya
10 avqust 2026 485 baxış
Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI

Dünya
10 avqust 2026 485 baxış
Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Macarıstanda prezidentliyə yeni namizəd irəli sürülüb

Dünya
10 avqust 2026 485 baxış
Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Qədim rus ab-havasını yaşadan "xiyar günü" böyük təmtəraqla keçirildi

Dünya
10 avqust 2026 485 baxış
Seçilmişlər
icon