Pleyeri seçin:
Rəhbərliyi öldürsək, danışacaq heç kim qalmaz | Donald Trampdan İranla bağlı açıqlama - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Donald Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqları mümkünsüz edərdi.
Donald Tramp ABŞ-nin İrandakı vəziyyəti diqqətlə izlədiyini və ölkə rəhbərliyinin hazırda dəfn mərasimində iştirak etdiyini qeyd edib.
O, İran rəhbərliyinə qarşı mümkün zərbə ilə bağlı suala cavabında “biz bunu etməyəcəyik, çünki onda danışacaq heç kim qalmaz”, – deyə bildirib.
ABŞ lideri həmçinin İran tərəfinin sülh razılaşması üçün yalvardığını iddia edib və dəfn mərasimində insanların ağlamasına təəccübləndiyini söyləyib. Onun sözlərinə görə, bəlkə də, bunlar saxta gözyaşlarıdır.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan arasında növbəti mühüm mərhələ - Baku TV CANLI
