Rəsmi Kiyev üçün bundan böyük yardım ola bilməz | Avropa Komissiyasının prezidenti
“Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini Ukrayna üçün istifadə etməyi nəzərdən keçirməlidir”.
Belə bir bəyanatla Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen parlamentdə çıxışı zamanı deyib.
Bildirib ki, rəsmi Kiyev üçün bundan böyük yardım ola bilməz:
"Rusiyanın dondurulmuş aktivlərinin gəlirindən Ukraynaya hərbi texnika almaq üçün istifadə etmək barədə söhbətə başlamağın vaxtıdır. Ukraynanı və bütün Avropanı daha təhlükəsiz məkana çevirmək üçün bundan daha böyük fayda ola bilməz.
Rəsmi Moskvanın Avropa İttifaqı ilə müharibə təhlükəsinə gəldikdə isə qeyd etməliyəm ki, savaş riskləri artırılmamalıdır, lakin onlara hazır olmaq lazımdır və bu da üzv dövlətlərin silahlı qüvvələrinin yenidən qurulması, hərbi arsenalının artırılması və modernləşdirilməsindən başlayır”.
Çıxışında Ursula fon der Leyen həmçinin Komissiyanın yaxın zamanda təqdim edəcəyi yeni Avropa Müdafiə Sənayesi Strategiyası barədə də danışıb və deyib ki, onun əsas məqsədlərindən biri birgə satınalmalara üstünlük vermək olacaq.
Xanım Ursula fon der Leyenin sözlərinə görə, Avropanın müdafiə sahəsində göstərdiyi səylər NATO-ya ehtiyacı azaltmayacaq.