Dünya
Pleyeri seçin:

Rihanna, Bill Qeyts, Zukerberq... | Dünya ulduzları Hindistanda milyarder toyunda

05 mart 2024

Dünyanın ən məşhur hindistanlı milyarderi Mukeş Ambani son beşiyinə 3 gün davam edən toyqabağı ziyafət edib.

Yerli medianın məlumatına görə, Camnaqarda keçirilən şənlikdə qonaq qismində 1200 nəfər iştirak edib.

Hindlilərin təbilincə desək, şənliyə ev yiyəsinin öz kastasına yaxın adamlar təşrif buyurublar. Onların siyahısında Rihanna, Mark Zukerberq, İvanka Tramp, Bil Qeyts, Bollivud aktyorlarından Saif Ali Xan və onun həyat yoldaşı Karina Kapur, Şahruk Xan, Hollivud ulduzlarından isə Adam Sendler və başqa məşhur şəxslər yer alıb.

Tədbirə 3 min işçi heyət qulluq edib. Qonaqlara 100-ə yaxın aşpaz tərəfindən hazırlanmış 500 yemək təqdim edilib.

Adətən gündə 10-dan az uçuş yerinə yetirən şəhər hava limanı da 3 gündə xüsusi aktivliyi ilə seçilib. Belə ki, həmin günlərdə Mumbay hava limanı 130-dan çox reys icra edib. Nyu-Dehli və Mumbaydan kirayələnmiş təyyarələr, saç stilistləri, vizajistlər də qonaqlara ev yiyəsi tərəfindən hədiyyə edilib.

Bundan başqa, Ambani ailəsi 50 000-dən çox aztəminatlı hindli ailəyə şam yeməyi qonaqlığı verib. Ümumilikdə 3 günlük ziyafət ailəyə 150 milyon dollara başa gəlib.

Məlumat üçün bildirək ki, hindistanlı 28 yaşlı Anant Ambaninin 29 yaşlı sevgilisi Radhika Merchant ilə toyu iyulda baş tutacaq.

Məlumata görə, 113 milyon dollar xərclənəcəyi gözlənilən mərasim üçün xüsusi olaraq yeni hindu məbəd kompleksi belə tikilir.

Xatırladaq ki, hindistanlı Mukeş Ambani dünyanın ən varlı adamlarından biridir. “Forbes” nəşrinin məlumatına görə, o, siyahıda 117 milyard dollarlıq sərvəti ilə 9-cu yerdə qərarlaşıb.

İbrahim Rəisinin ölüm xəbəri təsdiqləndi | Qəza ilə bağlı son məlumat

İbrahim Rəisinin ölüm xəbəri təsdiqləndi | Qəza ilə bağlı son məlumat

Dünya
20 may 2024
Qəzaya düşən İbrahim Rəisi ilə bağlı təcili açıqlama

Qəzaya düşən İbrahim Rəisi ilə bağlı təcili açıqlama

Dünya
20 may 2024
İbrahim Rəisi nazirlərlə Şərqi Azərbaycan əyalətində qəzaya düşdü

İbrahim Rəisi nazirlərlə Şərqi Azərbaycan əyalətində qəzaya düşdü

Dünya
19 may 2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

Dünya
19 may 2024
İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

Dünya
19 may 2024
Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Dünya
19 may 2024
Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Dünya
19 may 2024
Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Dünya
19 may 2024
Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Dünya
18 may 2024
Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Dünya
18 may 2024
Seçilmişlər
icon