Pleyeri seçin:
Rostova PUA-larla zərbə endirildi | Yanacaq anbarında yanğın çıxdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Rostov vilayətinin Proletarsk rayonundakı neft bazasına PUA hücumu edilib.
Bu barədə qubernator Vasili Qolubev bildirib.
Pilotsuz aparatın qalıqlarının dizel yanacağının olduğu sənaye anbarlarına düşməsi nəticəsində yanğın baş verib.
İlkin məlumatlara görə, itki yoxdur. Daha sonra qubernator təkrar dron hücumu ilə bağlı xəbərdarlıq edib, bu səbəbdən yanğınsöndürmə işləri bir müddət dayandırılıb.
Vilayətin qərbində daha bir pilotsuz uçuş aparatının hücumu dəf edilib. Bu, gecə saat bir radələrində baş verib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI
- Sankt-Peterburqda kilsə fasadı nəhəng ekrana çevrilib
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
