Rusiya Avropaya təhlükə yaradır? | Bu ölkələr təcili hərəkətə keçdi
Böyük Britaniya və Fransa ekstremal təhlükələr zamanı Avropanın müdafiəsi üçün nüvə silahından koordinasiyalı istifadə haqqında razılığa gəlib.
Emmanuel Makronun Birləşmiş Krallığa səfəri zamanı Kir Starmerlə bu barədə razılıq əldə olunub, hətta bəyannamə də imzalanıb.
Buna səbəb Rusiyadan gələn təhlükələrin artmasıdır. Böyük Britaniya və Fransanın atom sualtı qayıqları və qırıcı təyyarələrinin istifadəsi birgə planlaşdırılacaq.
Qeyd edək ki, 2025-ci ildə Avropanın müdafiəsi ilə bağlı narahatlıqlar artıb. Çünki Donald Tramp bu qitədə ABŞ-nin hərbi kontingentini əhəmiyyətli dərəcədə azaltmaq istəyir. Bu səbəbdən Almaniya öz ordusunu gücləndirməyi hədəfləyib.
Həmçinin Berlin Avropanın təhlükəsizliyi ilə bağlı Fransanın öhdəliklərini də xatırladıb. Son bəyannamənin də bu səbəbdən imzalandığı iddia olunur.
Böyük Britaniya ilə Fransa arasında imzalanan bəyannamənin bu ölkələrin nüvə arsenallarına aidiyyəti yoxdur. Yəni London və Parisin müstəqil nüvə siyasəti olduğu kimi qalacaq. Sadəcə, əməkdaşlıq və planlaşdırmalar birgə həyata keçiriləcək.
Bildirilib ki, təhdid yaradan istənilən ölkə Britaniya və Fransanın nüvə gücü ilə qarşılaşacaq.
#Böyük Britaniya teqi istifadə olunub
- Ukraynaya növbəti dəstək | Britaniya və Belçika Baş nazirlərindən açıqlamalar - Baku TV
- Britaniya hökuməti əhalini müharibəyə hazırlayır
- Böyük Britaniyada muzeydən oğurluq edildi
- Əhaliyə maska xəbərdarlığı | Bu ölkədə epidemiya yayılır
- Britaniyada yaranan yeni internet trendi | Valideynlər üçün həyəcan təbili
