Rusiya ilə Ukrayna arasında şiddətli döyüşlər davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
“Təkcə cümə gecəsi 339 “Şahed” buraxılıb. Dronlar yenə səmadadır. Müdafiəçilərimiz onların əhəmiyyətli bir hissəsini vururlar. Təəssüf ki, hamısını deyil”.
Bu barədə Ukrayna lideri Volodimir Zelenski bildirib.
“Rusiya Ordusu hər bir hücum dalğasında getdikcə daha çox sayda xüsusi dron maketlərindən istifadə edir. Bu maketlər “Şahed”ləri təqlid edir. Məqsəd Hava Hücumundan Müdafiə sistemlərimizi yükləmək və gerçək “Şahed”ləri vurmağı çətinləşdirməkdir. Bu, bilərəkdən həyata keçirilən və iyrənc bir terror formasıdır.
Təəssüf ki, ötən gecə Rusiya zərbəsi nəticəsində itkilərimiz olub. İki nəfər həlak olub, onlarla insan yaralanıb. Biz Ukraynaya mümkün qədər çox sayda dron və raketi vurmaq üçün vasitələrin çatdırılması üzərində çalışırıq. Yeni “Patriot” sistemləri və onlar üçün raketlər üzrə çoxpilləli razılaşmaya yaxınıq. Öz istehsalımıza da sərmayə qoyuruq, xüsusilə də dronlara, o cümlədən təqibedici dronlara. Rusiya zərbələrinə cavab olaraq onların ərazisində aktiv dron əməliyyatlarını davam etdirəcəyik”, – deyə o qeyd edib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
- Zelenski Maskın maliyyə imkanları ilə Avropa siyasətinə təsirini yolverilməz sayıb - Baku TV CANLI
- Kiyev milyarderin açıqlamalarına niyə sərt reaksiya verdi?
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
- Rusiya yeni zərbələrə hazırlaşır?
