Rusiya İrana silah göndərdi? | Detallar üzə çıxdı
İranın İsrailə qarşı hücuma hazırlığı fonunda Tehran öz hava məkanını daha etibarlı şəkildə müdafiə etmək məqsədilə Moskvadan müasir hava hücumundan müdafiə sistemləri və radarları istəyib.
Bu barədə Qərb mediasında yayılan məlumatlarda bildirilib.
Qeyd olunub ki, Rusiya təcili olaraq “İskəndər” operativ raket sistemlərini və “Murmansk-BN” elektron döyüş sistemlərini İrana təhvil verib.
Proses hərbi yükdaşımalar üzrə ixtisaslaşmış “Gelix” aviaşirkətinə məxsus İl-76TD nəqliyyat təyyarəsi vasitəsilə həyata keçirilib. Hərbi hava gəmisi 50 ton yükdaşıma gücünə malikdir.
Bununla belə, məlumatda bildirilir ki, İranın bu sistemləri idarə etmək təcrübəsi yoxdur.
“Belə olan halda isə Rusiya İranın dadına çatacaq. Yəni Rusiya İrana təkcə texnikasını deyil, həm də bu sistemləri idarə etmək üçün öz hərbi personalını da göndərib”, – deyə Qərb mediası yazır.
#İran teqi istifadə olunub
- Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI
- Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV
- Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
