Rusiya MN-in bu görüntüləri yalan çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın “Simferopol” adlı kəşfiyyat gəmisi Dunay çayında vurulub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücum zamanı pilotsuz katerdən istifadə olunub. Məqsəd gəmini suda batırmaq idi.
“Reuters” Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntü ilə bağlı araşdırma aparıb və məlum olub ki, yayılan videoda arxiv kadrlardan istifadə edilib. Videonun tarixi və dəqiq yeri barədə informasiya ortaya çıxmayıb.
“Prezident Trampla Rusiyanın Kiyevə hücumu barədə danışmışıq, o, çox narazıdır. Bu ölkələr arasında savaşı Rusiya çoxdan başladıb. Təzəlikcə Ukrayna da Rusiyanın neft emalı zavodlarına hücum edib. Zavodların 20 faizi sıradan çıxarılıb”. Bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
O bildirib ki, müharibə davam etdikcə insanlar öləcək. Buna görə də ABŞ-nin Prezidenti Donald Tramp savaşı dayandırmaq istəyir.
“Lakin həm Rusiya, həm də Ukrayna müharibəni bitirməyə hazır olmaya bilər”, ‒ deyə Livitt bildirib.
O, Trampın bununla bağlı bəyanat yayacağını da qeyd edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- “Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri
- Peskov Əbu-Dabidəki görüşlə bağlı detalları açıqlayıb
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
