Rusiya Ordusu daha bir kəndə nəzarəti ələ keçirdi
“Rusiya Ordusu cəbhənin əsas sahələrində heç bir irəliləyiş əldə edə bilməyib və Sumı bölgəsində böyük itkilər verirlər”.
Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Ruslar Sumı istiqamətində, Bezsalovka yaxınlığında fərariliyin yüksək səviyyəsi və lazımi təlim, rabitə və radio əlaqənin olmaması səbəbindən böyük itkilər verirlər”, ‒ deyə sənəddə bildirilib.
Hesabatda həmçinin o da vurğulanıb ki, Rusiya qoşunlarının maddi-texniki bazası genişləndikcə hücumun tempi yaxın günlərdə yenidən artacaq. Bunu Pokrovsk ərazisinə əlavə qüvvələrin göndərilməsi də göstərir.
Ekspertlərin yazdığına görə, hazırda Ukraynanın pilotsuz təyyarələrinin hücumları rusların təchizatını artırmasını çətinləşdirir.
Bu arada, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ordu Zaporojye vilayətinin Rıbnoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
#Rusiya Ordusu teqi istifadə olunub
- Rusiya Ordusu pilotsuz uçuş aparatları ilə Donetsk vilayətinə hücum etdi - ANA XƏBƏR
- Rusiya və Ukrayna orduları nə qədər itki verdi? - Baku TV CANLI
- PUA zərbəsi nəticəsində ölən və yaralananlar var | Ukrayna
- Rusiya buranı nəzarətə götürdü | Ukrayna Ordusunun qisas cəhdi necə nəticələndi? - Baku TV
- Daha bir yaşayış məntəqəsi nəzarətə götürüldü
