Rusiya ordusu mülki şəxsləri hədəfə aldı | Binalara zərbələr endirildi - Baku TV
Oktyabrın 14-də gecə saatlarından günorta saatlarınadək Ukraynanın paytaxtı Kiyevə kütləvi raket və dron hücumları həyata keçirilib.
Bu dəfə Rusiya ordusunun hava hücumlarında qanadlı raketlərin sayının rekord həddə çatdığı bildirilir. Ümumilikdə Kiyev də daxil olmaqla Ukraynanın müxtəlif bölgələrinin hədəfə alındığı, ölkə ərazisinə 60-dək ballistik raket və 150-yə yaxın dronla hücum edildiyi qeyd olunur.
Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri raket və dronların bir qismini zərərsizləşdirsə də, digərləri ciddi dağıntılara səbəb olub.
Kiyev sakinləri baş verənlər haqqında Baku TV-yə danışıblar.
“Dəhşətli partlayış idi. Pəncərə qoparaq üstümə düşdü, altında qaldım. Sonra sürünərək dəhlizə keçdim. Hər şey bir anın içində baş verdi. Bu, çox dəhşətlidir”, – sakinlərdən biri deyib.
#Dron hücumu teqi istifadə olunub
- Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Taksi və çatdırılma sifarişlərində problem? | Yandex-in xidmətləri niyə sıradan çıxır? - Baku TV
- Zaporojyedə yaşayış binaları hədəfə alındı - Baku TV CANLI
- Rusiya-Ukrayna müharibəsində yeni hədəflər
