Pleyeri seçin:
Rusiya Prezidentinin köməkçisi Putin–Paşinyan görüşü məsələsinə aydınlıq gətirib
"Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur".
Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"MDB sammiti çərçivəsində Putinlə Paşinyan arasında heç bir görüş planlaşdırılmır. Əlbəttə ki, bütün tədbirlər zamanı əlaqə istisna edilə bilməz", – deyə Kreml rəsmisi vurğulayıb.
Putinin köməkçisi onu da qeyd edib ki, belə bir görüşlə bağlı heç bir diplomatik əlaqə olmayıb. Yuri Uşakov Paşinyanın Rusiyaya mümkün səfəri ilə bağlı konkret razılaşmanın olmadığını da söyləyib.
Kopyalandı
