“Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır” | NATO admiralı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya SSRİ-yə daxil olan bütün ölkələri yenidən ələ keçirməyə çalışır, buna görə də təhlükə yalnız Baltikyanı ölkələrlə – Latviya, Litva və Estoniya ilə məhdudlaşmır”.
Bunu NATO admiralı Cüzeppe Kavo Draqone deyib.
Admiral hesab edir ki, Rusiya bu məqsədlə hərbi gücünü artırmağa davam edəcək və NATO üçün bir nömrəli təhlükə olaraq qalır.
“Rusiya Ukraynada olduğu kimi birbaşa işğal ssenarisinə qayıda bilərmi?” sualına cavab verən Draqone bildirib ki, artıq hibrid və qeyri-ənənəvi təhdidlər mövcuddur və gələcəkdə də davam edəcək.
“Rusiyanın SSRİ-nin dağılmasından əvvəlki dövrü geri qaytarmağa çalışacağını gözləmək olar. Ona görə də kimin hədəf ola biləcəyini anlamağı sizə buraxıram”, – NATO admiralı vurğulayıb.
Baltikyanı ölkələri nəzərdə tutub-tutmadığı soruşulduqda Draqone “yalnız onlar yox” cavabını verib.
O əlavə edib ki, NATO 360 dərəcə müdafiə, çəkindirmə və qorunma strategiyasına fokuslanıb, Arktika, Şərq və Cənub istiqamətlərində vəziyyəti yaxından izləyir.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Super uzaqmənzilli raketlər hansı ölkələrin arsenalında olacaq? - Baku TV
- Uzaqmənzilli raketlər hazırlanır | Bu ölkələr Rusiyaya zərbə endirəcək? - Baku TV CANLI
- Monteneqro və Albaniya NATO-dan kömək istəyib
- Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI
- Rusiya gəmisi NATO təlimlərini izləyirdi?
