Rusiya Suriyada baş verən hadisələrdən danışdı | Dünya ölkələrindən reaksiya
Suriyada artıq üç gündür ki, davam edən hadisələrə dünya ölkələrindən müxtəlif reaksiyalar gəlib.
Rusiya tərəfi sülhün tərəfdarı olduğunu açıqlayıb.
“Hələbdə vəziyyətin gərginləşməsi Suriyanın suverenliyinə qəsddir”, – deyən Kremlin sözçüsü Dmitri Peskov yerli hakimiyyətin bölgədə asayişi bərpa edəcəyini gözlədiklərini bildirib.
Kremlin sözçüsü Suriya Prezidenti Bəşər Əsədin Rusiyaya güman edilən səfəri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bu məsələdə deməyə sözüm yoxdur”.
ABŞ tərəfindən isə suriyalı müxaliflərə ilk rəsmi dəstək gəlib. Vaşinqtonun xüsusi nümayəndəsi Jo Vilson “X” hesabında əməliyyatlara dəstəyini vurğulayıb.
Bütün bunların fonunda hərbi qruplaşmalar Hələb və Saraqib bölgəsində irəliləməyə davam edirlər.
Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması bir neçə gün öncə Hələb və İdlib istiqamətində hücuma keçərək 70-dən çox yaşayış məntəqəsini nəzarət altına alıb. Suriya Ordusu isə Rusiya aviasiyasının dəstəyi ilə qruplaşmaya qarşı mübarizə aparır.
#Rusiya teqi istifadə olunub
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM
- Paşinyan TRIPP layihəsinə Rusiyanı niyə cəlb etmək istəyir? - Baku TV
- Paşinyan həm ABŞ, həm də Rusiya ilə münasibətləri qorumağa çalışır - Baku TV CANLI
