Rusiya “Taliban”la əlaqələr qurmağa çalışır | Putindən mühüm açıqlama
“Rusiya “Taliban”la hansısa formada əlaqələr qurmalıdır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Özbəkistana etdiyi səfərin yekunlarına dair mətbuat konfransında deyib.
O, hərəkatın Federasiyada terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü haqqında danışıb.
“Bu, hər zaman müzakirə olunan mövzulardır. Əfqanıstanda böyük problemlər var. Lakin hansısa bir formada “Taliban”la əlaqələr qurmalıyıq. Onlar ölkəyə və ölkə ərazisinə nəzarət edən insanlardır. Onlar bu gün Əfqanıstanda hakimiyyət orqanlarıdır. Nəticə etibarı ilə istənilən ölkənin öz siyasətini necə həyata keçirəcəyi ilə bağlı suveren seçimi var. Əgər bir ölkə uğur qazanmaq istəyirsə, hətta sosial-iqtisadi baxımdan da suveren olmalıdır”, – Prezident bildirib.
Vladimir Putin onu da əlavə edib ki, Rusiya “Taliban”ın terror təşkilarlarının siyahısından çıxarılması məsələsində regiondakı hər bir ölkənin mövqeyini nəzərə alır. “Qərar birlikdə işləniləcək”, – deyə o, fikrini tamamlayıb.