Rusiya Ukraynanın dron anbarlarına zərbələr endirdi | Dəhşətli hadisənin təfərrüatı
Rusiya təyyarələri, hücum PUA-ları, artilleriyası Ukrayna hərbi aerodromları, dronlarının saxlanc yerləri və buraxılış məntəqələrinə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin silahlı birləşmələrinin 156 məntəqədə dislokasiya olunduğu canlı qüvvəsi və texnikası məhv edilib. Bundan əlavə, Rusiya hava hücumundan müdafiə sistemlərinin ABŞ istehsalı olan 10 HIMARS çoxsaylı buraxılış raketini və 108 təyyarə tipli dronu vurduğu qeyd olunub.
Nazirlikdən bununla yanaşı, bildirilib ki, Rusiyanın “Mərkəz” hərbi qruplaşmalarının bölmələri Donetsk vilayətinin Krımskoye yaşayış məntəqəsini nəzarətə götürüb.
Məlumata görə, həmçinin Donetskin Novoaleksandrovka, Drujba, Lısovka, Slavyanka, Baranovka, Novoandrevka və Kotlino yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin dörd mexanikləşdirilmiş, motoatıcı, Milli Qvardiya briqadasının canlı qüvvəsi və texnikasına zərbələr endirilib.
#Rusiya Müdafiə Nazirliyi teqi istifadə olunub
- Ukrayna silahlı qüvvələri geri çəkilir? | Rusiya ordusundan şiddətli hücumlar
- Tanınmış müxbir öldürüldü | Reportaj vaxtı dəhşətli dron zərbələri
- 60 min hərbçi ilə... | Rusiya müdafiə naziri kritik tarixi açıqladı
- 1000-dən çox rusiyalı öldürüldü | Rusiya-Ukrayna müharibəsində şiddətli döyüşlər
- Bu ərazilər hədəfə alındı | Rusiya-Ukrayna müharibəsində son vəziyyət
