Pleyeri seçin:
Rusiya Ukraynaya hücumların sayını getdikcə artırır | Strateji obyektlər hədəf alınır
Ukraynanın elektrik stansiyalarına edilən hücumların sayı artıb.
Bu barədə yerli mediada məlumat yayılıb. Bildirilib ki, Rusiya Silahlı Qüvvələri indi daha çox strateji obyektləri hədəf alır.
Xəbərdə həmçinin Rusiyanın raket zərbəsindən sonra Dnepr Su Elektrik Stansiyasının fəaliyyətinin tam dayandırıldığı və generatorların sıradan çıxdığı qeyd olunub. Nəticədə bir sıra ərazilərdə elektrik enerjisi kəsilib.
Aviazərbələrdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski yeddi regionda kritik vəziyyət elan edib.
O həmçinin Rusiyanın raket və pilotsuz uçan aparatları ilə ölkənin Lvov, Vinnitsa, Kiyev, Poltava, Zaporojye və İvano-Frankovsk vilayətlərindəki obyektlərə zərbələr endirdiyini də bildirib.
Kopyalandı
#Volodimir Zelenski teqi istifadə olunub
- Qəbələdə tarixi görüş: İlham Əliyev və Zelenski ilə təkbətək görüşdə verilən qərarlar
- “Biz Azərbaycandan 11 yardım paketi almışıq” | Volodimir Zelenski
- Azərbaycan və Ukrayna qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünü dəstəkləyir - Baku TV
- "İstərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq" | Volodimir Zelenski - Baku TV
- Hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olundu - Baku TV
