Rusiya Ukraynaya “İsgəndər” raketləri ilə hücum etdi | Yaşayış binaları darmadağın edildi
Ukraynanın Xarkov şəhərinə növbəti hücum olub.
Şəhərə üç “İskəndər” raketinın atıldığı deyilir, dağıntılar var.
Xarkov Fövqəladə Hallar Xidmətinin rəsmisi Yevgeni Vasilenko Baku TV-nin Şərqi Avropa bürosuna hücumun yaratdığı dağıntılar barədə məlumat verib:
“Səhər saatlarında Rusiya Ordusu Xarkov şəhərinə raket zərbələri endirdi. Şəhərin Osnovyanski rayonuna üç “İskəndər” raketi atıldı. Raketlər yaşayış məhəlləsinə düşdü. 20-dən artıq çoxmərtəbəli bina, təhsil müəssisələri, minik avtomobilləri, ticarət obyektlərində dağıntılar var.
Başqa bir ünvanda mülki müəssisəyə zərbə endirildi. Orada ümumi sahəsi 450 kvadratmetr olan üç yanğın ocağı yarandı. Hazırda hadisə yerində düşmən raket zərbələrinin nəticələrini aradan qaldıran xilasedicilər və kommunal xidmətlər işləyir. İlkin məlumatlara görə, 2 nəfər həlak olub, 99 nəfər yaralanıb”.
Qeyd edək ki, Ukraynanın bütün şəhərlərinə və o cümlədən paytaxt Kiyevə ağır hücum xəbərdarlığı edilib.
#Rusiya teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər
- Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib
- Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
