Pleyeri seçin:

Rusiya və ABŞ arasında milyardlarla dollarlıq saziş hansı şərtlə reallaşa bilər? - Baku TV

04 oktyabr 2026 100 baxış

ABŞ və Rusiya arasında böyük neft sazişi ilə bağlı danışıqlar aparılır.

Bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd edilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Moskva ilə Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlarla paralel milyardlarla dollarlıq neft sazişini də müzakirə edir.

Nəşrin məlumatına görə, sövdələşmə Rusiyanın “Lukoyl” şirkətinə məxsus dünyanın müxtəlif ölkələrindəki neft yataqları, neft emalı zavodları və yanacaqdoldurma məntəqələrinə aiddir.

Kamerundakı neft yataqlarından və Avropadakı neft emalı zavodlarından tutmuş Nyu-Cersidəki yanacaqdoldurma məntəqələri şəbəkəsinə qədər müxtəlif aktivləri əhatə edən bu genişmiqyaslı sövdələşmənin həyata keçirilməsi üçün ABŞ hökumətinin və Kremlin razılığı tələb olunur.

Nəşrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bu saziş məsələsinə sentyabrın 5-də Kremldə Uitkoff və Kuşnerlə keçirilən görüş zamanı toxunub.

Məlumatlı mənbələrə istinad edən qəzet yazır ki, həmsöhbətlərdən birinin sözlərinə görə, Putin rusiyalılara ABŞ ilə biznes qurmağın mümkünlüyünü nümayiş etdirmək üçün bu sazişin bağlanmasını təklif edib.

“The New York Times” yazır ki, nəticə etibarilə neft sazişinin bağlanması Putinin və Trampın qərarlarından asılıdır.

Banner
Qara dənizdə mülki gəmi iki dronun hədəfinə çevrildi - ANA XƏBƏR

Qara dənizdə mülki gəmi iki dronun hədəfinə çevrildi - ANA XƏBƏR

Dünya
05 oktyabr 2026 100 baxış
Kreml əhalini hansı məlumatlara inanmamağa çağırdı? - Baku TV CANLI

Kreml əhalini hansı məlumatlara inanmamağa çağırdı? - Baku TV CANLI

Dünya
05 oktyabr 2026 100 baxış
Hörmüzdən Bab əl-Məndəbə: böhran yeni təhlükələr yaradır - Baku TV

Hörmüzdən Bab əl-Məndəbə: böhran yeni təhlükələr yaradır - Baku TV

Dünya
05 oktyabr 2026 100 baxış
Cəbhədə qeydə alınan 204 toqquşma fonunda Pokrovsk istiqamətində nələr baş verir?

Cəbhədə qeydə alınan 204 toqquşma fonunda Pokrovsk istiqamətində nələr baş verir?

Dünya
05 oktyabr 2026 100 baxış
Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?

Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?

Dünya
05 oktyabr 2026 100 baxış
Nyu-Yorkda keçirilən “Diner en Blanc” tədbiri qeyri-adi şam süfrəsi ilə seçilib

Nyu-Yorkda keçirilən “Diner en Blanc” tədbiri qeyri-adi şam süfrəsi ilə seçilib

Dünya
05 oktyabr 2026 100 baxış
Medvedevin “X” barədə açıqlamasında Avropa sakinlərinə ünvanladığı sual nə deməkdir?

Medvedevin “X” barədə açıqlamasında Avropa sakinlərinə ünvanladığı sual nə deməkdir?

Dünya
05 oktyabr 2026 100 baxış
Yeni nəsil Kəşmir toylarının çoxəsrlik “Vəzvan” ənənəsini necə qoruyub yaşadır?

Yeni nəsil Kəşmir toylarının çoxəsrlik “Vəzvan” ənənəsini necə qoruyub yaşadır?

Dünya
05 oktyabr 2026 100 baxış
Fitsonun Serbiya və Slovakiyanın suveren siyasəti barədə mesajı nə olub?

Fitsonun Serbiya və Slovakiyanın suveren siyasəti barədə mesajı nə olub?

Dünya
05 oktyabr 2026 100 baxış
Əraqçi Hörmüz boğazının açılmasını İranın şərtlərinin qəbul edilməsi ilə əlaqələndirib

Əraqçi Hörmüz boğazının açılmasını İranın şərtlərinin qəbul edilməsi ilə əlaqələndirib

Dünya
05 oktyabr 2026 100 baxış
Seçilmişlər
icon