Pleyeri seçin:

Rusiya və Şimali Koreya arasında vacib razılaşma | Detallar açıqlandı

04 noyabr 2024 907 baxış

Şimali Koreya Rusiyaya əsgər dəstəyinin müqabilində Moskvadan Pxenyana maliyyə və ərzaq böhranının həllinə yardım istəyib.

Bu barədə Cənubi Koreya parlamentinin Kəşfiyyat Komitəsinin üzvü Vi Son Lak “Korea Herald”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Pxenyanın maliyyə və ərzaq böhranını Rusiyanın dəstəyi ilə həll etməsinə kömək etməsi ilə bağlı tərəflər arasında müqavilə də imzalanıb.

Koreyalı deputat bildirib ki, rəsmi olaraq Şimali Koreya ildə orta hesabla təxminən 4 milyon ton taxıl istehsal edir:

“Bunlar düyü, arpa, buğda və digər məhsullardır. Əhalinin dənli bitkiyə olan tələbatını ödəmək üçün isə Pxenyana 5 milyon ton taxıl lazımdır. Problemin həlli üçün Pxenyan ildə Rusiyadan 600-700 min tona qədər düyü istəyib. Bu da Şimali Koreyanın illik tələbatının yarısından çoxunu ödəməyə kifayət edir”.

O əlavə edib ki, indiyədək Pxenyan Rusiyadan 50-100 min tona yaxın düyü idxal edib.

Koreyalı deputat onu da bildirib ki, Pxenyan bundan əlavə olaraq hərbçilərə maliyyə yardımı göstərməyi də istəyib və bu da müsbət həllini tapıb.

Qeyd edək ki, 2024-cü ildə Rusiya və KXDR arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin 4-cü bəndində deyilir:

“Əgər tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, digər tərəf ona dərhal sərəncamında olan bütün vasitələrlə hərbi yardım göstərəcək”.

Banner
NATO-nun şimal cinahında hərbi fəallıq artır

NATO-nun şimal cinahında hərbi fəallıq artır

Dünya
24 noyabr 2026 71 baxış
Moskva Avropanın istəyinə nə cavab verəcək?

Moskva Avropanın istəyinə nə cavab verəcək?

Dünya
24 noyabr 2026 70 baxış
Soyuq hava və ixrac fasilələri Avropada qaz bazarına təzyiq göstərir - Baku TV CANLI

Soyuq hava və ixrac fasilələri Avropada qaz bazarına təzyiq göstərir - Baku TV CANLI

Dünya
24 noyabr 2026 69 baxış
Avropada narahatlıq artır | Donbasda irəliləmək Rusiya üçün necə nəticələnir? - Baku TV CANLI

Avropada narahatlıq artır | Donbasda irəliləmək Rusiya üçün necə nəticələnir? - Baku TV CANLI

Dünya
24 noyabr 2026 99 baxış
Rusiyaya sərt xəbərdarlıq | Almaniya Putinə hansı şərti qoydu? - Baku TV

Rusiyaya sərt xəbərdarlıq | Almaniya Putinə hansı şərti qoydu? - Baku TV

Dünya
24 noyabr 2026 109 baxış
Neft və qazla zəngin İranda elektrik enerjisi niyə çatışmır? - Baku TV CANLI

Neft və qazla zəngin İranda elektrik enerjisi niyə çatışmır? - Baku TV CANLI

Dünya
24 noyabr 2026 84 baxış
2,5 min dəniz piyadası regiona göndərilib

2,5 min dəniz piyadası regiona göndərilib

Dünya
24 noyabr 2026 117 baxış
Huanqın sərvəti bir gündə 34 milyard dollara yaxın artıb

Huanqın sərvəti bir gündə 34 milyard dollara yaxın artıb

Dünya
24 noyabr 2026 112 baxış
“Ölkəmizin ərazisindən belə bir hücum həyata keçirilməyib”

“Ölkəmizin ərazisindən belə bir hücum həyata keçirilməyib”

Dünya
24 noyabr 2026 80 baxış
Fransanın şimalında təhlükə | Virus 4,3 min quşdan 80-ni tələf edib

Fransanın şimalında təhlükə | Virus 4,3 min quşdan 80-ni tələf edib

Dünya
24 noyabr 2026 91 baxış
Seçilmişlər
icon