Dünya
Pleyeri seçin:
Rusiya və Ukrayna arasında döyüş zonası genişləndi | İsraildən xəbərdarlıq
İsrail Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyanın Kursk, Belqorod vilayətlərinə və onların ətraf ərazilərinə səyahətdən çəkinməyi tövsiyə edib.
Diplomatik korpus eyni zamanda sözügedən ərazilərdə olan israillilərin oranı təcili tərk etməkləri barədə də çağırış edib.
Bəyanatın Rusiya-Ukrayna sərhədində döyüş zonasının genişləndirilməsi ilə əlaqədar olduğu bildirilir.
Xəbərdə həmçinin qeyd edilib ki, atılan raketlər və aviazərbələr nəticəsində mülki hədəflərin atəşə tutulması təhlükəsi yüksəkdir.
Kopyalandı
Seçilmişlər