Rusiya və Ukrayna arasında gərginlik pik həddə - Baku TV
“Rusiya tərəfi Ukrayna Prezidenti Volodimir Zelenski və onun Avropadakı tərəfdaşlarının konstruktiv danışıqlara hazır olduğunu görmür”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
O əlavə edib ki, Kiyev mülki əhaliyə qarşı terror fəaliyyəti həyata keçirir və Rusiyanın mülki infrastrukturuna qarşı diversiyalar törədir.
Rusiya Prezidenti Vladimir Putin isə qeyd edib ki, qərb Ukraynaya əlverişli təhlükəsizlik şərtləri, ölkənin bərpası və Rusiya ilə münasibətlərin normallaşdırılmasını təklif edir, lakin Kiyev münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.
Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsində hərbçilərlə görüşü zamanı Putin əlavə edib ki, əgər Kiyev münaqişəni sülh yolu ilə həll etmək istəməzsə, o zaman Moskva məqsədlərinə hərbi yolla nail olacaq.
Onun sözlərinə görə, Rusiyanın Ukrayna qoşunlarının hazırda nəzarətində olan ərazilərdən, o cümlədən Donetsk vilayətinin bəzi hissələrindən könüllü şəkildə çıxarılmasında marağı faktiki olaraq yoxdur.
Putin həmçinin Rusiya-Ukrayna sərhədi boyunca bufer zonanın yaradılması prosesinin yaxşı templə davam etdiyini bildirib.
#Vladimir Putin teqi istifadə olunub
- “Rusiyanın İrana hərbi dəstəyi barədə məsələ qaldırılmayıb” | “Foreign Affairs”
- Putin Trampa nə təklif etdi? | "Müharibə həlledici mərhələyə qədəm qoyur" - Baku TV
- Liderlər arasında telefon danışığı olub - 24 SAAT
- Ruslar müharibədən əl çəkmir | Zelenskidən açıqlama - Baku TV
- Azərbaycan və Rusiya liderləri arasında mühüm müzakirələr aparıldı - Baku TV
