Rusiya və Ukrayna arasında şiddətli döyüşlər | Müharibədə son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna yenə aviazərbələrə məruz qalıb.
Rusiya ordusu dron və raketlərlə hücum edib. Paytaxt Kiyev atəşə tutulub. Şəhərin Darnitsk rayonunda 8 nəfər yaralanıb. Xəsarətalanlar arasında uşaq da var.
Ktropivnitski şəhərinə də PUA hücumu edilib. Azı 9 partlayış baş verib. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Rusiyanın raket zərbələri isə əsasən Çerniqov və Çerkasıya tuşlanıb. Hücumun fəsadları barədə informasiya açıqlanmayıb.
Dnepropetrovsk vilayətində isə dron hücumları nəticəsində iki nəfər xəsarat alıb. Yaralananlardan biri azyaşlıdır.
Ukrayna isə 7 dronla Rusiyanın mövqelərinə hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, PUA-lardan 4-ü Rostovda vurulub. Digər dronlar isə Orlov, Kaluqa və Bryansk səmasında zərərsizləşdirilib.
#Rusiya Ordusu teqi istifadə olunub
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
