Rusiya vilayətlərində təbii fəlakət ciddi fəsadlar yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya regionlarında xilasedicilər daşqınların nəticələrini aradan qaldırmağa davam edirlər.
Hazırda Orenburq vilayətində 2145 yaşayış evi və 5140 təsərrüfat sahəsi, Kurqan vilayətində 346 yaşayış evi, 5714 bağ evi və 6 körpü su altında qalıb. Təkcə mayın 11-də 18 000 kubmetr su çəkilib, 17 yaşayış evi qurudulub.
Tümen vilayətində İşim çayında çay yatağı boyunca suyun səviyyəsində azalma müşahidə olunur. Bölgədə 385 yaşayış evi və 36 yol sahəsi suyun altında qalıb.
Omsk vilayətinin Ust-İşim rayonunda da 317 yaşayış evi və 467 yaşayış sahəsi daşqınların girovuna çevrilib.
Bu arada, hidroloqların fikrincə, Orenburq vilayətinin Orsk şəhəri yaxınlığındakı Ural çayında suyun səviyyəsi dörd santimetr artıb. Bu, yeni daşqınlara səbəb ola bilər.
#Rusiya teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI
- Sankt-Peterburqda kilsə fasadı nəhəng ekrana çevrilib
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
