Pleyeri seçin:
Rusiyada itləri müharibəyə göndərmək istəyirlər
“Rusiyada sahibsiz itlərə müxtəlif bacarıqlar öyrədilməli və Ukraynaya qarşı müharibəyə göndərilməlidir”.
Bu qəribə təkliflə Dövlət Dumasının iclası zamanı rusiyalı deputat Fedot Tumusov çıxış edib. Bununla bağlı qanun layihəsi artıq ilk oxunuşda qəbul olunub.
Məlumata görə, sahibsiz heyvanlarla davranış qaydalarına dair qanun layihəsinin müzakirəsi zamanı deputat itlərə hər cür bacarıqların öyrədilməli olduğunu bildirib.
“Kinoloqlar böyük və aqressiv itləri öyrədib müharibə zonasına göndərə bilərlər. Qoy itlər yaralıları çıxarmağa kömək etsinlər, minaların təmizlənməsində iştirak etsinlər. Böyük Vətən müharibəsi təcrübəsi göstərir ki, onlar başqa işlərdə də iştirak edə bilərlər”, – deyə deputat qeyd edib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Azərbaycanla sülh fonunda Ermənistan-Rusiya münasibətlərində nə dəyişəcək? - Baku TV CANLI
- Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI
- Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
