Pleyeri seçin:

Rusiyada Putinə qarşı aksiya | Navalnının cəsədi niyə gizlədilir?

24 fevral 2024 317 baxış

Fevralın 16-da həbsxanada müəmmalı şəkildə dünyasını dəyişən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının anasına xəbərdarlıq edilib. Ya o, oğlunun gizli dəfn olunmasına razılıq verəcək, ya da mərhum müxalifətçi həbsxanada dəfn ediləcək.

Bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat verib.

“1 saat əvvəl müstəntiq Alekseyin anasına zəng edərək, ultimatum verib ki, ya 3 saat ərzində o, ictimai şəkildə gizli dəfn mərasiminə razılıq verəcək, ya da Aleksey həbsxanada dəfn ediləcək. O, İstintaq Komitəsi ilə danışıqlardan imtina edib, çünki komitə onun oğlunu necə və harada basdıracağına qərar vermək səlahiyyətinə malik deyil”, – deyə Kira Yarmış vurğulayıb.

Onun sözlərinə görə, Lyudmila Navalnaya oğlunun ölümünün səbəbi müəyyən olunduğu andan sonra 2 gün ərzində müstəntiqləri meyiti təhvil verməyə məcbur edən qanuna əməl olunmasını tələb edir.

Bundan əvvəl Lyudmila Navalnaya İstintaq Komitəsinin əməkdaşlarının ondan siyasətçinin gizli dəfninə razılıq verməsini tələb etdiyini bildirən videomüraciətlə çıxış edib.

Mərhum siyasətçinin anası "Onlar dəfnin gizli şəkildə, vidalaşmadan keçirilməsini istəyirlər. Onlar məni qəbiristanlığın kənarına, təzə bir qəbrə aparıb “Oğlunuz buradadır" demək istəyirlər. Mən buna razı deyiləm”, – deyə bildirib.

Qadından dəfn mərasiminin yeri və tarixi ilə bağlı qərar verməsi də istənilib.

Bu arada, Rusiyanın məşhur simaları və ictimai fəalları sosial şəbəkələrdə "Navalnının meyitini anasına qaytar" şüarı ilə kampaniyaya başlayıblar. 

Qazaxıstanda iki nəfəri yaralayan məktəbli saxlanıldı - Baku TV

Qazaxıstanda iki nəfəri yaralayan məktəbli saxlanıldı - Baku TV

Dünya
06 fevral 2026 317 baxış
Maskatda ABŞ və İran arasındakı danışıqlar necə yekunlaşacaq? - Baku TV

Maskatda ABŞ və İran arasındakı danışıqlar necə yekunlaşacaq? - Baku TV

Dünya
06 fevral 2026 317 baxış
Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə - Baku TV

Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə - Baku TV

Dünya
06 fevral 2026 317 baxış
“Al-Monitor”: İsraildə İranla bağlı fikir ayrılığı yaranıb

“Al-Monitor”: İsraildə İranla bağlı fikir ayrılığı yaranıb

Dünya
06 fevral 2026 317 baxış
"Xameneidən sonrakı dövr üçün hazırlıq gedir" | Gizli planlar sızdırıldı? - Baku TV

"Xameneidən sonrakı dövr üçün hazırlıq gedir" | Gizli planlar sızdırıldı? - Baku TV

Dünya
06 fevral 2026 317 baxış
Məsciddə terror aktı törədildi | Ölən və yaralananlar var - ANA XƏBƏR

Məsciddə terror aktı törədildi | Ölən və yaralananlar var - ANA XƏBƏR

Dünya
06 fevral 2026 317 baxış
Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi

Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi

Dünya
06 fevral 2026 317 baxış
"Bu olsa..." | SEPAH komandanının müavini ABŞ-ni hədələdi - Baku TV CANLI

"Bu olsa..." | SEPAH komandanının müavini ABŞ-ni hədələdi - Baku TV CANLI

Dünya
06 fevral 2026 317 baxış
Niderlandda 10 bələdiyyə 250 min avro cərimə olundu

Niderlandda 10 bələdiyyə 250 min avro cərimə olundu

Dünya
06 fevral 2026 317 baxış
ABŞ narkotik daşıyan gəmini vurdu, 2 nəfər öldü

ABŞ narkotik daşıyan gəmini vurdu, 2 nəfər öldü

Dünya
06 fevral 2026 317 baxış
Seçilmişlər
icon