Pleyeri seçin:

Rusiyada "Harri Potter" və “Böyük şəhərdə məhəbbət” filmləri qadağan edilə bilər

19 may 2025 350 baxış

Rusiya “uşaqsız həyat təbliğatı” şübhəsinə görə məşhur xarici serialların nümayişini məhdudlaşdırmağa hazırlaşır.

Qadağan oluna biləcək layihələrin siyahısını “Parlamentskaya qazeta” nəşri dərc edib.

Sentyabrın 1-dən Rusiyada “Roskomnadzor”un uşaqsız həyat təbliğatı” üçün məlumatların bloklanmasına icazə verən əmri qüvvəyə minir. Bu tərifə “uşaq sahibi olmaqdan imtinanı təşviq edən və ya belə bir seçimə haqq qazandıran” materiallar daxildir.

“Parlamentskaya qazeta” yeni sənədin fonunda onlayn kinoteatrlardan silinə biləcək film və serialların siyahısını dərc edib. Nəşr ekspertlərin rəyinə istinad edir, lakin hakimiyyətdən hələlik rəsmi təsdiq yoxdur.

Təhdid altında olan layihələr arasında aşağıdakılar var: “Kart evcik” – burada “qəhrəman” Kler bir epizodda analıq ehtiyacını şübhə altına alır; “Böyük şəhərdə məhəbbət” – bu serialda Samanta adlı personaj “uşaqsız həyat”ı təbliğ edir; “Taxt-tac oyunları” – Brienn cəngavərlik naminə ailəsindən imtina edir; “Harri Potter” serialı – Ekran işi uşağı olmayan professor Makqonaqaldan bəhs edir.

Bu “tapıntılar”ın faktiki bloklama təcrübələrində nə dərəcədə əks olunacağı hələ də bəlli deyil. Lakin belə bir siyahının federal nəşr tərəfindən dərc edilməsi artıq geniş rezonansa səbəb olub.

Qeyd edək ki, son bir neçə ildə Rusiyada sovet dövrünün ənənələri yavaş-yavaş bərpa edilir, ədəbiyyat, incəsənət əsərlərinə senzura tətbiq etmək, məzmunlarını nəzarətə almaq cəhdi də o sıradadır.

2023-cü ildə haker FTB-nin Epşteyn işi ilə bağlı fayllarını ələ keçiribmiş

2023-cü ildə haker FTB-nin Epşteyn işi ilə bağlı fayllarını ələ keçiribmiş

Dünya
12 mart 2026 350 baxış
"Qırmızı planet"dəki bu maddə elmə məlum deyil

"Qırmızı planet"dəki bu maddə elmə məlum deyil

Dünya
12 mart 2026 350 baxış
İraq sahillərində yanan tankerlər söndürüldü

İraq sahillərində yanan tankerlər söndürüldü

Dünya
12 mart 2026 350 baxış
Palimpsest bu günədək itmiş hesab olunurdu

Palimpsest bu günədək itmiş hesab olunurdu

Dünya
12 mart 2026 350 baxış
Dünyanın ən sirli arxeoloji sahəsində axtarışlar sürətlənib

Dünyanın ən sirli arxeoloji sahəsində axtarışlar sürətlənib

Dünya
12 mart 2026 350 baxış
Tramp hərbi əməliyyatı dayandırıb?

Tramp hərbi əməliyyatı dayandırıb?

Dünya
12 mart 2026 350 baxış
SEPAH-dan savaşın gedişatını dəyişəcək sensasiyalı addım - Baku TV CANLI

SEPAH-dan savaşın gedişatını dəyişəcək sensasiyalı addım - Baku TV CANLI

Dünya
12 mart 2026 350 baxış
ABŞ şirkətləri Yaxın Şərqlə bağlı peyk görüntülərinə çıxışı məhdudlaşdırdı

ABŞ şirkətləri Yaxın Şərqlə bağlı peyk görüntülərinə çıxışı məhdudlaşdırdı

Dünya
12 mart 2026 350 baxış
Rusiya Ukrayna ilə bağlı ittiham irəli sürdü

Rusiya Ukrayna ilə bağlı ittiham irəli sürdü

Dünya
12 mart 2026 350 baxış
İsrailin zərbələri nəticəsində 634 nəfər həyatını itirdi

İsrailin zərbələri nəticəsində 634 nəfər həyatını itirdi

Dünya
12 mart 2026 350 baxış
Seçilmişlər
icon