Dünya
Pleyeri seçin:
Rusiyada "Youtube" qadağası
Rusiya vətəndaşları üçün "YouTube"a giriş qadağan ediləcək.
Bunu "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin deyib. “
İndi isə mən sizə gizli bir məlumat vermək istəyirəm. "YouTube" tezliklə bağlanacaq. "YouTube"a giriş qadağan edildikdən sonra kim ondan aktiv istifadə etməyə davam etsə, müəyyən olunacaq və layiqli cəzasını çəkəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyada daha əvvəl “Facebook”, “İnstagram” kimi populyar sosial şəbəkələrin də istifadəsinə qadağa qoyulub.
Kopyalandı
Seçilmişlər