Pleyeri seçin:

Rusiyadan Avropaya xəbərdarlıq | Bu raket mümkünsüz hədəfləri də vura bilər! - Baku TV

20 dekabr 2025 419 baxış

Rusiyada modernləşdirilmiş “İskəndər-M” raketinin ilk dəfə 800 kilometrədək məsafəyə buraxıldığı iddia olunur. Lakin Ukrayna hərbçiləri bu ad altında digər növ ballistik silahların da istifadə edilmiş ola biləcəyini istisna etmirlər.

Bu barədə “RBK-Ukrayna” pilotsuz sistemlər qüvvələrinin 413-cü “Reyd” alayının “X” sosial şəbəkəsindəki paylaşımına istinadla məlumat yayıb.

Versiyalardan birinə görə, söhbət həqiqətən də daha təhlükəli sayılan təkmilləşdirilmiş “İskəndər-M” variantından gedə bilər.

Alternativ izah isə Rusiyanın Şimali Koreya istehsalı olan “KN-23” ballistik raketlərindən maksimum istifadə etməyə çalışması ilə bağlıdır.

Xatırladılıb ki, Rusiya təbliğatı hələ 2024-cü ilin iyulundan “İskəndər-1000” kompleksi barədə danışmağa başlayıb. Yayımlanan görüntülərin müqayisəsi isə raketlərin standart “İskəndər-M”dən fərqli olduğunu göstərib.

Ukraynanın ixtisaslaşmış media qurumları 2025-ci ilin noyabrında Rusiya raket proqramına dair sənədlər barədə məlumat yayaraq, hər biri təxminən 2,5 milyon dollar dəyərində olan 18 ədəd “9M723-2” ballistik raketinin alınmasının planlaşdırıldığını bildirib.

“Güman etmək olar ki, söhbət məhz “İskəndər-1000” üçün nəzərdə tutulan bu raketlərdən gedir və Rusiya onları indi epizodik şəkildə tətbiq edə bilər”, – deyə 413-cü alay qeyd edib.

Hərbçilərin diqqətinə görə, “KN-23” raketləri şərti olaraq Şimali Koreya istehsalı sayılır. Çünki onlar Rusiya texnologiyaları və materialları əsasında hazırlanır.

Məlumata əsasən, 2023-cü ildə keçirilən sınaqlar zamanı bu raketlərin uçuş məsafəsi 900 kilometrədək çatıb ki, bu da onların maksimal məsafədə istifadəsini mümkün edir.

413-cü alay vurğulayıb ki, Rusiya operativ-taktiki raketlərin tətbiq məsafəsini 1000 kilometrədək artırmaq istiqamətində sistemli şəkildə irəliləyir. Bu səbəbdən raket təhlükəsi siqnallarına ciddi yanaşmağa çağırış edilib.

Banner
Rusiyada taun həyəcanı: Bioloji silah iddiasına Trampdan cavab - Baku TV

Rusiyada taun həyəcanı: Bioloji silah iddiasına Trampdan cavab - Baku TV

Dünya
08 oktyabr 2026 419 baxış
Dünyanı yeni hərbi əməliyyatlar gözləyir? - Baku TV CANLI

Dünyanı yeni hərbi əməliyyatlar gözləyir? - Baku TV CANLI

Dünya
08 oktyabr 2026 419 baxış
Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından 6 il ötür - Baku TV

Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından 6 il ötür - Baku TV

Dünya
08 oktyabr 2026 419 baxış
Hörmüz boğazında nəqliyyat marşrutu böyük risk altında - Baku TV CANLI

Hörmüz boğazında nəqliyyat marşrutu böyük risk altında - Baku TV CANLI

Dünya
08 oktyabr 2026 419 baxış
Hörmüz boğazında gərginlik pik həddə çatıb

Hörmüz boğazında gərginlik pik həddə çatıb

Dünya
08 oktyabr 2026 419 baxış
Ebolaya yoluxan xəstə ilə təmasda olan 57 nəfər müəyyənləşdirilib

Ebolaya yoluxan xəstə ilə təmasda olan 57 nəfər müəyyənləşdirilib

Dünya
08 oktyabr 2026 419 baxış
ABŞ və İran arasındakı danışıqlarda hansı irəliləyiş var? - Baku TV CANLI

ABŞ və İran arasındakı danışıqlarda hansı irəliləyiş var? - Baku TV CANLI

Dünya
08 oktyabr 2026 419 baxış
“Ölü” qalaktikalarda ulduzların yaranması niyə dayanıb?

“Ölü” qalaktikalarda ulduzların yaranması niyə dayanıb?

Dünya
08 oktyabr 2026 419 baxış
Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb

Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb

Dünya
08 oktyabr 2026 419 baxış
Tərəvəz çipslərini seçərkən nələrə diqqət etmək lazımdır?

Tərəvəz çipslərini seçərkən nələrə diqqət etmək lazımdır?

Dünya
08 oktyabr 2026 419 baxış
Seçilmişlər
icon