Pleyeri seçin:

Rusiyadan əldə edilən gəlirlər Ukraynaya veriləcək? - Kiyevə görünməmiş yardım

30 may 2024 605 baxış

Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır. Bu səbəbdən də rəsmi Kiyevin müttəfiqləri ölkəyə edilən yardımların miqyasını və həcmini artırmağa başlayıb. Ukrayna bu səbəbdən Portuqaliya ilə təhlükəsizlik sazişi imzalayıb.

“Lissabonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Portuqaliyanın Baş naziri Luis Monteneqro arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli saziş imzalanıb. Portuqaliya bu il ən azı 126 milyon avroluq hərbi yardım göndərəcək”, – deyə ölkə prezidentinin rəsmi səhifəsində paylaşılan məlumatda bildirilib.

Qeyd edək ki, sözügedən razılaşmanın 10 illik müddəti var.

Daha bir ölkə də Ukraynaya yardım etmək üçün təşəbbüs göstərib. Belə ki, Çexiya artilleriya mərmilərini ən qısa zaman ərzində rəsmi Kiyevə təhvil verəcək. Bu barədə ölkənin Baş naziri Petr Fiala Praqada Ukrayna müttəfiqlərinin qeyri-rəsmi görüşü zamanı açıqlayıb.

Onun sözlərinə görə, Aİ və NATO-nun 15 ölkəsi Kiyevin müdafiə qabiliyyətinin yaxşılaşdırılması üçün artıq 1,6 milyard avrodan çox vəsait ayırıb.

Bundan əlavə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin təxminən 90%-i də Ukraynanı lazımi silah və hərbi texnika ilə təmin etməsi üçün Avropa Sülh Fonduna yönəldiləcək. Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell keçirdiyi mətbuat konfransı zamanı bildirib.

“Bizə aylardır ehtiyacımız olan yekdillik lazımdır. Mən Xarici İşlər Nazirləri Şurasında bu barədə müzakirələr apardım və biz lazımi dəstəyi göstərdik. İstifadə edilməyi gözləyən 6,6 milyard avro vəsait var və bunun üçün lazım olan bütün alətlər hələ də təsdiqini gözləyir”, – deyə o vurğulayıb.

Banner
Rusiyada taun həyəcanı: Bioloji silah iddiasına Trampdan cavab - Baku TV

Rusiyada taun həyəcanı: Bioloji silah iddiasına Trampdan cavab - Baku TV

Dünya
08 oktyabr 2026 605 baxış
Dünyanı yeni hərbi əməliyyatlar gözləyir? - Baku TV CANLI

Dünyanı yeni hərbi əməliyyatlar gözləyir? - Baku TV CANLI

Dünya
08 oktyabr 2026 605 baxış
Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından 6 il ötür - Baku TV

Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından 6 il ötür - Baku TV

Dünya
08 oktyabr 2026 605 baxış
Hörmüz boğazında nəqliyyat marşrutu böyük risk altında - Baku TV CANLI

Hörmüz boğazında nəqliyyat marşrutu böyük risk altında - Baku TV CANLI

Dünya
08 oktyabr 2026 605 baxış
Hörmüz boğazında gərginlik pik həddə çatıb

Hörmüz boğazında gərginlik pik həddə çatıb

Dünya
08 oktyabr 2026 605 baxış
Ebolaya yoluxan xəstə ilə təmasda olan 57 nəfər müəyyənləşdirilib

Ebolaya yoluxan xəstə ilə təmasda olan 57 nəfər müəyyənləşdirilib

Dünya
08 oktyabr 2026 605 baxış
ABŞ və İran arasındakı danışıqlarda hansı irəliləyiş var? - Baku TV CANLI

ABŞ və İran arasındakı danışıqlarda hansı irəliləyiş var? - Baku TV CANLI

Dünya
08 oktyabr 2026 605 baxış
“Ölü” qalaktikalarda ulduzların yaranması niyə dayanıb?

“Ölü” qalaktikalarda ulduzların yaranması niyə dayanıb?

Dünya
08 oktyabr 2026 605 baxış
Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb

Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb

Dünya
08 oktyabr 2026 605 baxış
Tərəvəz çipslərini seçərkən nələrə diqqət etmək lazımdır?

Tərəvəz çipslərini seçərkən nələrə diqqət etmək lazımdır?

Dünya
08 oktyabr 2026 605 baxış
Seçilmişlər
icon