Rusiyadan Ukraynaya dəhşətli hücum | Hadisənin detalları açıqlandı
Rusiya ordusu “İsgəndər-M” raketi ilə Dnepropetrovskda Ukraynanın “Patriot” zenit-raket kompleksinin mövqeyinə hücum edib.
TASS-da yayılan məlumata görə, hücum nəticəsində radiolokasiya stansiyası sıradan çıxarılıb. “Patriot” zenit-raket kompleksi həmin stansiyadan idarə olunurdu.
Digər məlumata görə, Rusiya ordusu Donetskin Poltavka yaşayış məntəqəsini nəzarətə götürüb. Yaşayış məntəqəsi Rusiya ordusunun “Mərkəz” qruplaşmasının aktiv hücumları nəticəsində ələ keçirilib.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski min ukraynalının Rusiyadan azad edilməsi barədə danışıb. Onun sözlərinə görə, əsir mübadiləsi barədə razılaşmanın icrası istiqamətində danışıqlar davam edir. Rusiya tərəfinə verilən siyahıdakı insanlar barədə məlumatlar dəqiqləşdirilir.
#Rusiya Ordusu teqi istifadə olunub
- Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV
- Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV CANLI
- Rusiya "Ukrnafta"nın obyektlərinə zərbələr endirib
- Ukraynada mülki obyektə hücum | Poçt bazası hədəf alındı - Baku TV
- Kiyev vilayətində qanlı gecə: Raket zərbələri ağır itkilərə səbəb oldu - Baku TV CANLI
