Dünya
Pleyeri seçin:
Rusiyalı səfir Paşinyana görə Ermənistan XİN-ə çağırılıb
Ermənistan Nikol Paşinyana görə Rusiyaya nota verib.
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib.
Qeyd edək ki, veriliş zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı xoşagəlməz ifadələr səsləndirilib. Sözügedən verilişdə “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan da iştirak edib.
Kopyalandı
Seçilmişlər