Ruslar bu ölkədə hərəkətə keçir | Güc savaşında rəqabət gərginləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Afrikadakı əsas müttəfiqini – Mərkəzi Afrika Respublikasını Suriyada Əsəd rejiminin süqutundan sonra Kremlin dəstəyinə arxalana biləcəyinə inandırmağa çalışır.
Bu barədə “The Times” nəşri məlumat yayıb.
Beynəlxalq əlaqələr üzrə ekspert Samuel Ramani qeyd edir ki, üsyançıların Suriyadakı son uğurları MAR Prezidenti Tuaderanı alternativ təhlükəsizlik təminatlarını nəzərdən keçirməyə vadar edə bilər.
Rusiya MAR-da hərbi baza açmağa çalışır, lakin hələlik heç bir razılıq əldə olunmayıb.
“Düşünürəm ki, ruslar onun tərəddüd edə biləcəyini hiss edirlər və buna görə də onun hakimiyyətini gücləndirmək istəyirlər. ABŞ Mərkəzi Afrika Respublikasında nüfuz uğrunda rəqabət aparmaq fikrindən əl çəkməyib”, – S.Ramani vurğulayıb.
Qeyd olunur ki, 2023-cü ildə “Vaqner” qüvvələri Tuaderaya prezidentlik müddətinə məhdudiyyətləri aradan qaldıran referendumun təşkilinə və qalib gəlməsinə kömək edib. Referendum üsyançı qüvvələrin ölkənin əksər hissəsini nəzarətdə saxlamasına və əhalinin üçdə birinin döyüşlər nəticəsində didərgin düşməsinə baxmayaraq, baş tutub.
Xatırladaq ki, MAR Prezidenti Tuadera bu yaxınlarda Rusiyada səfərdə olub.
#Rusiya teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
