Pleyeri seçin:

Sabiq Fransa prezidenti Bakı xatirələrini bölüşdü

23 avqust 2023 296 baxış

“Bakını özüm üçün kəşf etdim. Gəldiyim andan bu şəhərin gözəlliyinə heyran qaldım”.

Bu fikirlər Fransanın sabiq prezidenti Nikola Sarkozinin 2007-ci ildən 2012-ci ilə qədər davam etmiş prezidentliyi müddətinin son iki ilinə həsr olunmuş və avqustun 22-də Parisdə təqdimatı keçirilmiş “Döyüşlərin vaxtı” (“Les Temps des Combats”) kitabında yer alıb.

Kitabda sabiq prezident 2011-ci ilin oktyabrında Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfəri ilə bağlı xatirələrini də bölüşüb.

Sarkozi paytaxtımız barədə çox heyrətlə danışıb, onu Aralıq dənizindəki Nitsa şəhəri ilə müqayisə edib və işıqlı, zəngin Bakı ilə kasıb İrəvan arasında kəskin ziddiyyəti vurğulayıb:

“Bakı dənizkənarı şəhərin bütün üstünlüklərinə malikdir və eyni zamanda çoxlu keyfiyyətli restoranları olan paytaxtdır. Burada terraslar çoxdur. Ailələr dəniz kənarında gəzib əylənirdilər. Bu mühitdə hər şey incəsənətə, mədəniyyətə, tarixə müraciət edirdi. Bakı təhlükəsiz, özünə güvənən şəhərin görüntüsünü yaradırdı. Prospektlər geniş idi, avtomobillərin hərəkəti kifayət qədər intensiv idi. Az qala, özümü fərqli bir dünyada hiss edirdim”.

Sarkozi kitabında Bakıdan çox təsirləndiyini, hətta Azərbaycana səfərinin bu qədər qısa olmasına və bu şəhərdə gecələməməsinə təəssüfləndiyini qeyd edib. Fransanın eks-prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin onun şərəfinə şam yeməyi təşkil etdiyi Zuğulbadakı iqamətgahı da təsvir edib:

“Saray yüngül mərmərdən tikilib. Proporsiyalar möhtəşəm idi. O, gözəl, zəngin və yeni idi. Özümü film üçün dekorasiya edilmiş səhnədə hiss edirdim”.

O, müqayisə üçün Ermənistana səfəri zamanı İrəvanda qaldığı hoteli xatırlayıb və oranın rahat, lakin daha çox sovet dövründən qalma köhnə və sönük üslublu saraylara bənzədiyini qeyd edib.

Kopyalandı
Banner
Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb

Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb

Dünya
26 oktyabr 2026 296 baxış
Ukrayna HHM sistemlərinin verilməsi yubanır

Ukrayna HHM sistemlərinin verilməsi yubanır

Dünya
26 oktyabr 2026 296 baxış
ABŞ hərbi bazasında BYD qadağası

ABŞ hərbi bazasında BYD qadağası

Dünya
26 oktyabr 2026 296 baxış
İrana qarşı 96 saatlıq hücum iddiası

İrana qarşı 96 saatlıq hücum iddiası

Dünya
26 oktyabr 2026 296 baxış
"Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV

"Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV

Dünya
26 oktyabr 2026 296 baxış
Ukrayna Rusiyanın daha hansı istehsal müəssisələrini hədəfə aldı? - Baku TV CANLI

Ukrayna Rusiyanın daha hansı istehsal müəssisələrini hədəfə aldı? - Baku TV CANLI

Dünya
26 oktyabr 2026 296 baxış
Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM

Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM

Dünya
26 oktyabr 2026 296 baxış
Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV

Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV

Dünya
26 oktyabr 2026 296 baxış
Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI

Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI

Dünya
26 oktyabr 2026 296 baxış
“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

“Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”

Dünya
26 oktyabr 2026 296 baxış
Seçilmişlər
icon